Müsavat Partiyası ölkə üzrə birgünlük aclıq aksiyası keçirəcək

Siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyası

Mayən 16-da Bakı, Sumqayıt və Azərbaycanın bir çox regionlarında Müsavat Partiyasının çağırışı ilə siyasi məhbusların azad edilməsi tələbi ilə birgünlük aclıq aksiyası keçiriləcək.

Müsavat partiyasında aclıq aksiyası

Aksiya mayın 12-də Müsavatın mənzil-qərargahında başlanan aclıq aksiyasının iştirakçıları ilə həmrəylik əlaməti olaraq keçirilir.

İlk gündən aksiyada Bakıda 5 nəfər və Masallı rayonunda 1 nəfər iştirak edir.

Mayın 14-də daha 3 fəal aksiya iştirakçılarına qoşulub.

Bütün ölkə üzrə birgünlük aclıq aksiyasının keçirilməsi haqqında qərar Müsavat fəallarının bu aksiyanı dəstəkləmək haqqında çoxsaylı müraciətləri ilə əlaqədar qəbul edilib, deyə Müsavat Partiyasının mətbuat xidmətinin məlumatında bildirilir.