Polis iş adamlarının aclıq aksiyasını dayandırıb [Video]

Sumqayıtda sahibkarlar aclıq edir

Aclıq edən 11 nəfər polisə aparılıb

Martın 17-də Bakının Binəqədi rayon Polis İdarəsinin əməkdaşları bir qrup sahibkarın aclıq aksiyasını zorla dayandırıb. Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onların gördüyü işə görə ayrılan pulu ödəməsini tələb edir.

Aclıq aksiyasının 11 iştirakçısı Binəqədi Rayon Polis İdarəsinə aparılıb.

Son olaraq iş adamları polis idarəsindən azad buraxılıblar. Bununla yanaşı onlar aclıq aksiyası keçirmələrinə qadağa qoyulduğunu bildirib.

Məsələ ilə bağlı Sumqayıt iş adamlarının vəkili Elçin Sadıqov bildirib ki, Binəqədi rayon Polis İdarəsinin əməli tam qanunsuzdur.

"Polisin əməlləri qanuna ziddir, heç kimin məhkəmə qərarı olmadan şəxsin evinə daxil olmaq hüququ yoxdur. Binəqədi polisinin aclıq aksiyası keçirilən ünvana gedib sahibkarları hədələməsi və onlara təzyiq göstərməsi vəzifə səlahiyyətlərinin aşması kimi qiymətləndirilməlidir. Baş verən hadisə ilə bağlı aidiyyatı qurumlara eləcə də, Baş Prokurorluğa müraciət edəcəyik", vəkil qeyd edib.