Açıq Kamera: "Qazaxda nəticələr hesablanmamış bayram tədbirləri" [Video]

Your browser doesn’t support HTML5

Prezident seckiləri

İzləyicimiz videonu yerli vaxtla 19:45-də lentə aldığını bildirir
Yenicə istifadəyə veridiymiz Açıq Kamera rübrikası vətəndaş jurnalistikası vasitəsilə izləyicilərimizdə maraqlı video və fotoların əldə edilməsi məqsədi daşıyır. Dünən Açıq Kamereya yüklənən videoların biri "Xamis" adlı istifadəçiyə məxsusdur. O, videonun 09 oktyabr 2013 cü il yerli vaxtla axşam saat 19-45-də lentə aldığını bildirir. Videonu Açıq Kameraya yükləyən şəxs yazır: "Qazax şəhərində 1 N-li orta məktəbdə səslərin hesablanması yenicə başlayıb. 50 metr aralıda isə YAP rayon təşkilatı qələbəni qeyd edir!!!!!! Bu video seçkilərin nəticələri hesablanmamış YAP-ın artıq nəticələri bildiyini göstərir".

Sizdə də seçkilərlə bağlı maraqlı video və ya foto varsa, bizə göndərin. Ən maraqlı video yaxud fotonun müəllifi Amerikanın Səsindən video kamera əldə edəcək. Fayl yanaşı əlaqə məlumatlarınızı da bizə göndərməyi unutmayın.

Açıq Kamera ilə bağlı ətraflı məlumatı buradan əldə edə bilərsiniz.