ABŞ Ədliyyə Nazirliyi: Ruslar federal prokurorluqlara haker hücumu edib

ABŞ Ədliyyə Nazirliyini bildirib ki, nəhəng SolarWinds kibercasusluq kampaniyasının arxasındakı rusiyalı hakerlər ötən il ölkə boyu ən tanınmış federal prokurorluqların email hesablarına daxil olublar.

Nazirlik bildirib ki, Nyu Yorkda dörd prokuroluğun işçilərinin istifadə etdiyi Microsoft email hesablarının 80 faizinə müdaxil olub. Nazirliyin məlumatına görə, ümumilikdə 27 prokurorluğun hər birində azı bir işçinin email adresi haker kampaniyası zamanı hücuma məruz qalıb.

Ədliyyə Nazirliyi cümə günün yaydığı bəyanatda bildirib ki, onlar hesablara 2020-ci ilin mayın 7-dən dekabrın 27-dək müdaxilə olunduğuna inanırlar. Bu müddət diqqətə layiqdir, çünki onlarla özəl şirkət, düşüncə mərkəzlər və azı doqquz ABŞ dövlət idarəsinə hücumun olduğu SolarWinds kampaniasının üstü dekabrın ortalarında açılıb.

Bayden administrasiyası aprel ayında sanksiyalar elan edib. Buna SolarWinds hücumu və Rusiyanın 2020-ci il ABŞ prezident seçkisinə müdaxiləsinə cavab olaraq rusiyalı diplomatların ölkədən çıxarılması daxildir.

Kolumbiya Universitetini Hüquq Məktəbinin müəllimi Cennifer Rodcers deyib ki, o, Nyu Yorkda federal prokuror vəzifəsində çalışdığı zaman prokurorluğun email ünvanlarında hər cür məxfi məlumatlar, o cümlədən məhkəmə işlərinin strategiyaları ilə bağlı müzakirələr və gizli informatorların adları var idi.

“Mən kimisə təhlükəsizlik narahatlıqları səbəbilə hər hansı sənədi mənə email olaraq göndərmək əvəzinə onun fiziki nüsxəsini gətirdiyini xatırlamıram,” o, məxfi sənədlərə istinad edərək deyib.

ABŞ Məhkəmələrinin İnzibati İdarəsi yanvar ayında hücuma məruz qalanlar arasında olduğunu və bununla da SolarWinds hücumunu həyata keçirənlərin ticarət sirrləri, casusluq hədəfləri, gizli xəbərçilərin məlumatları və həbs qərarları kimi məxfi məlumatlara çıxış əldə etdiklərini təsdiq edib.

Nazirlik bildirib ki, hücuma məruz qalanların hər birini xəbər verilib və nazirlik hücumun səbəb olduğu “əməliyyat, təhlükəsizlik və məxfilik risklərini” azaltmağa çalışır. Ədliyyə nazirliyi yanvar ayında hər hansı məxfi sistemlərə müdaxilənin olduğuna dair dəlilin olmadığını bildirib.

Ədliyyə Nazirliyi hansı məlumatların oğurlunduğuna və bu hücumun davam etməkdə olan məhkəmə işlərinə təsirlərinə dair əlavə məlumat paylaşmayıb. Konqres üzvləri SolarWinds kampaniyasının təsirləri ilə bağlı daha çox məlumat paylaşmadığına görə Bayden administrasiyası ilə bağlı narazılıqlarını dilə gətiriblər.