ABŞ-ın ərzaq mağazalarının işçiləri arasında COVID-19-dan onlarla ölən, minlərlə yoluxan var
Your browser doesn’t support HTML5
ABŞ-da koronavirus pandemiyası və karantin tədbirlərinə başlandıqdan bəri, ərzaq mağazalarının onlarla işçisi COVID-19-dan ölüb və minlərlə işçisi virusa yoluxub. Misli görünməmiş işsizlik səviyyəsinə baxmayaraq, ərzaq mağazalarının işçiləri iş yerlərinə getməkdən qorxur. Bu riskli işə az adam könüllü olaraq gedir.