ABŞ-ın Rusiyadakı səfirliyi təklif etdiyi xidmətlərinin sayını azaldır

ABŞ-ın Moskvadakı səfirliyi konsulluq xidmətlərinin sayını azaladır. Buna səbəb isə Rusiyanın səfirliyə yerli vətəndaşların işə götürülməsinə limitlər tətbiq etməsidir.

"12 may tarixindən etibarən ABŞ səfirliyi Moskvada konsulluq xidmətlərini azaldaraq yalnız ABŞ vətəndaşları üçün nəzərdə tututan təcili xidmətləri təklif edəcək və çox məhdud sayda təcili immiqrant vizalarını verəcək" - deyə səfirliyin aprelin 30-da yaydığı bəyənatda bildirilir.

"Bu xidmətlərin sayının azaldılmasına səbəb Rusiya hökumətinin aprelin 23-də ölkədəki ABŞ missiyasına əcnəbiləri işə götürməyi qadağan etmək niyyətində olduğunu açıqlaması olub. Qeyri-diplomatik səyahət üçün qeyri-immiqrant vizasının verilməsi dayandırılacaq” deyə məlumatda əlavə olaraq bildirilir.

Prezident Vladimir Putin ötən həftə xarici diplomatik missiyalar və digər agentliklərdə işləyən yerli əməkdaşların sayını məhdudlaşdıran qanun imzalayıb və Rusiya hökumətinə göstəriş verib ki, bu məhdudiyyətlərin təbtiq olunacağı “qeyri-dost” ölkələrin siyahısını hazırlasın.

Ağ Ev kiberhücumlar, seçkilərə müdaxilə və Əfqanıstandakı ABŞ əsgərlərinə qarşı təhdidlər səbəbilə cəzalandırıcı sanksiyalar elan etməsindən sonra Vaşinqtonla Moskva arasında gərginlik yeni bir həddə çatıb.

Kremlin tənqidçisi Aleksey Navalnının zəhərləndikdən sonra həbsi, Rusiyanın Ukraynanın şərqində və Krımdakı hərbi fəaliyyəti, eləcə də 2014-cü ildə Çexiyada silah anbarının partlayışında iddia olunan rolu vəziyyəti daha da gərginləşdirib.

“Təssuflə bildiririk ki, Rusiya hökumətinin addımları nəticəsində konsulluq fəaliyyətimizi 75 faiz azaltmağa məcbur qalırıq və ABŞ vətəndaşlarına mümkün qədər çox xidmət göstərməyə çalışacağıq” deyə səfirlik bəyanatında qeyd edir.

Səfirlik əlavə edir ki, Rusiyada təcili xidmətlərin göstərilməsində “yubanma, məhdudlaşma” mümkündür, çünki əməkdaşların Rusiyadan kənara səyahət etmək imkanları məhdudlaşdırılıb.

Bundan əlavə səfirlik Rusiyadakı ABŞ vətəndaşlarını Rusiya hökumətinin qoyduğu son möhlət tarixini – 15 iyunu diqqətdə saxlamağa çağırır. Həmin tarixdə vizaların, yaşayış icazəsi və immiqrasiya sənədlərinin müvəqqəti uzadılma müddəti bitəcək.