ABŞ-ın müdafiə naziri Asiyaya ortamənzilli raketlər göndərmək istəyir

Mark Esper

ABŞ müdafiə naziri Mark Esper deyir ki, o, Amerikanın yer üzərində orta-mənzilli raketlərinin Asiyaya göndrilməsini istəyir.

Müdafiə Nazirliyinin başçısı olaraq ilk beynəlxalq səfəri zamanı müxbirlərlə danışan Esper deyib ki, silahlar Hindistan-Sakit Okean regionundakı “ böyük məsafələr” baxımından vacibdir.

Birləşmiş Ştatlar daha öncə Rusiya ilə onillər öncə əldə etdiyi Orta-Mənzilli Nüvə Qüvvələri Razılığı səbəbilə 500-5000 kilometr məsafəni qət edən yer üzərindən raket ata bilmirdi. Lakin Vaşinqton cümə günü Rusiyanın razılığı pozduğunu bildirərək sazişdən geri çəkilib.

Razılığın üzərimizə qoyduğu öhdəliklərdən qurtulub, öz maraqlarımızın arxasınca getmək vaxtı gəlib çatıb və bizỉm NATO müttəfiqlərimiz də eyni fikirdədir.
Mark Esper

“Razılığın üzərimizə qoyduğu öhdəliklərdən qurtulub, öz maraqlarımızın arxasınca getmək vaxtı gəlib çatıb və bizỉm NATO müttəfiqlərimiz də eyni fikirdədir”, Esper deyib.

Təhlilçilər əsas diqqəti Birləşmiş Ştatların razılıqdan geri çəkilməsinin Rusiya və ABŞ-a təsirlərini müəyyən etməyə yönəltsə də, bu dəyişiklik Birləşmiş Ştatlara Çinə qarşı mövqeyini gücləndirməyə imkan yaradır. Esper deyib ki, Çinin raket inventarının 80 faizdən çoxunu 500-5000 kilometr məsafəni qət edən raketlər təşkil edir.

Bizim də eyni imkanlara sahib olmaq istəyimiz onları təəccübləndirməməlidir.

Müdafiə Nazirliyinin Milli Müdafiə Strategiyası altında Pentaqonun əsas priroiteti Çindir. Pekin və Vaşiqnton həmçinin aylardır ticarət müharibəsi aparır. ABŞ prezidenti Donald Tramp cümə axşamı Twitter hesabında əlavə edib ki, o, sentyabrın 1-dən etibarən Çin mallarına əlavə tariflər tətbiq edəcək.

Demokratiyaların Müdafiə Fondunun Hərbi və Siyasi Güc Mərkəzinin direktoru Bredli Boumenin sözlərinə görə, Çinlə münaqişə olsa Birləşmiş Ştatlar Çinin qabaqçıl sensorları və süni intellekti vasitəsilə edəcəyi sabotajın qarşısını almaq üçün vaxtında müxtəlif imkanlara sahib olacaq.

Esper səfərinə cümə günü ABŞ-ın Havaydakı Hindistan-Sakit Okean Komandanlığını ziyarət edərək start verib. Orada o, komandanlığının başçısı admiral Filip Deyvidsonla görüşüb. Esper şənbə Avstraliyaya gedib və bazar günü orada o, dövlət katibi Mayk Pompeo və onların avstraliyalı həmkarları ilə ilə görüş keçirəcək.

Esper Vaşinqtona geri dönmədən öncə Yeni Zelandiya, Yaponiya, Monqolıstan və Cənubi Koreyanı ziyarət edəcək.

Müdafiə rəsmiləri illər boyu Asiya-Sakit Okean regionunu “prioritet” məkan adlandırıb.

Tramp administrasiyasında Esperdən öncə xidmət göstərən sabiq müdafiə naziri Cim Mattis də vəzifə müddətinin əvvəlində Asiyaya səfər etmişdi.