ABŞ və Əfqanıstanın xüsusi təyinatlı qüvvələri ucqar Nangarhar vilayətinin İslam Dövləti qrupundan təmizlənməsi əməliyyatını başa çatdırır. Ölkənin şərqindəki vilayət qrupun Əfqanıstandakı istinadgahı hesab edilir.
Pakistanla sərhəddə aparılan Del Bala əməliyyatı aprel ayında başlayıb, əsas etibarilə iyun ayının əvvəli başa çatdırılmışdı. Lakin ABŞ-ın Birinci Xüsusi Təyinatlı Qrupunun leytenant polkovniki Coş Tiel bidirib ki, son mərhələdə ərazinin minalardan təmizlənməsi əməliyyatı hələ davam edir.
“Bu, əsas yaşıl zonalardan birində iki iş görülürdü. Birincisi, buradan İŞİD pul, maliyyə və təchizatla təmin olunurdu və biz bunun qarşısını aldıq. Bundan əlavə, İŞİD buradan Kabil və Cəlalabadda böyük hücumların keçirilməsi üçün hazırlıqlar məqsədilə istifadə edirdi”, deyə o bildirib.
Birincisi, buradan İŞİD pul, maliyyə və təchizatla təmin olunurdu və biz bunun qarşısını aldıq. Bundan əlavə, İŞİD buradan Kabil və Cəlalabadda böyük hücumların keçirilməsi üçün hazırlıqlar məqsədilə istifadə edirdi.Coş Tiel
ABŞ hərbi qüvvələrinin hava hücumları və Amerika Xüsusi Təyinatlı Qüvvələrinin dəstəyi ilə keçirilən əməliyyatlara Əfqanıstan kommandoslarının üç qrupu cəlb olunub. Hərbi əməliyyatlar İŞİD-in yerli paytaxt etməyə çalışdığı Gargari kəndinin yaxınlığındakı bazadan helikopterlə gətirilən hərbi qüvvələr tərəfindən həyata keçiriib.
Bir neçə gün davam edən döyüşlər iyunun əvvəli başa çatıb. Döyüşlər nəticəsində İslam Dövləti qrupunun 167 döyüşçüsü qətlə yetirilib, böyük miqdarda avadanlıq ələ keçirilib.
ABŞ-ın əks-terror missiyasının əsasında duran İslam Dövləti və Əl-Qaidə də daxil olmaqla başqa militant qruplara qarşı mübarizə Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim və məsləhət verən NATO-nun başçılığı altında Qətiyyətli Dəstək missiyasının əməliyyatları ilə birgə aparılır.