ABŞ və Şimali Koreyanın nümayəndə heyətləri görüşüb

ABŞ və Şimali Koreyanın nümayəndə heyətləri Koreya müharibəsi zamanı həlak olmuş ABŞ əsgərlərinin qalıqlarının qaytarılması məsələsini müzakirə edib.

Görüş iyulun 15-də Cənubi Koreya ilə sərhəddə yerləşən Pxanmuncon sərhəd məntəqəsində geçirilib.

Bu barədə Cənubi Koreyanın “Penxal” agentliyi məlumat yayıb.

İlk olaraq görüş iyulun 12-nə nəzərdə tutulmuşdu, amma Şimali Koreya tərəfi buna lazımnca hazır olmadığını əsas gətirərək onun təxirə salınmasını istəmişdi.

1950-1953-cü illərdə Koreya müharibəsi zamanı 7500 nəfərdən çox ABŞ əsgəri itkin düşmüş hesab olunur.

Pentaqonun məlumatına görə, Şimali Koreya bundan əvvəl öz ərazisində 200 ABŞ əsgərinin qalıqlarının olmasını etiraf edib.