ABŞ və Hindistan müdafiə əlaqələrini genişləndirir

ABŞ və Hindistan müdafiə əlaqələrini genişləndirərək, Hindistanın Amerikadan dronlar da daxil edilməklə, silah əldə etməsi barədə saziş imzalayıb.

Razılıq ABŞ müdafiə naziri Cim Mattis və dövlət katibi Mayk Pompeonun Dehli səfəri zamanı imzalanıb.

Mayk Pompeo

Bu ilin əvvəlində Amerika Hindistana Qvardiya dronlarının satışını təklif etmişdi. Lakin satış razılıq əldə edilməyənədək baş tutmamışdı.

“Razılıq bizim əməkdaşlığımızı genişləndirməklə yanaşı, təkmilləşdirilmiş müdafiə texnologiyarımızı bölüşməklə bizi daha güclü edir ” . Mattis bildirib.

Hindistan bu dronları əldə edən ilk qeyri-NATO dövlətidir.

Hindistanın müdafiə naziri Nirmala Sitharaman isə öz növbəsində müdafiə sahəsində əməkdaşlığı ABŞ-Hindistan münasibətlərinin əhəmiyyətli dimensiyası adlandırıb.

ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə günü Pakistana səfər edib. Səfərin məqsədi yeni seçilmiş hökümətlə ikitərəfli münasibətlərin gələcəyinə dair İslamabadda yüksək səviyyəli görüşlər keçirməkdir.

Pakistana səfərindən öncə Pompeo jurnalistlərə bildirib ki, onun missiyası hər iki xalqı "bir araya gətirəcək yol tapmaq" və İslamabadla Vaşinqton arasındakı qəliz münasibətlərdə yaşanan çıxılmaz vəziyyəti aradan qaldırmaqdır.

Dövlət katibi Pompeonu həmçinin Baş Qərargah rəisi, General Cozef Danford müşayiət edib.

Pentaqon keçən həftə Trampın Cənubi Asiya strategiyası ilə əməkdaşlığın olmaması səbəbindən Pakistana edilən 300 milyon dollar hərbi yardımı ləğv etdiyini açıqlayıb.