Uruqvay prezidenti Xose Muhika ABŞ prezidenti Barak Obama ilə Ağ Evdə görüş zamanı hər il dünyada milyonlarla insanın ölümülə səbəb olan siqaret çəkməyin zərəri ilə bağlı xəbərdarlıq edib.
78 yaşlı prezident Muhika bir zamanlar özü də siqaret çəkən cənab Obama ya Uruqvayda siqaret çəkmək əleyhinə səylərdən danışıb. O, hər il dünyada səkkiz milyon insanın siqaret çəkmək nəticəsində öldüyünü deyib.
Uruqvay 2006-cı ildə Latın Amerikası ölkələri arasında ictimai yerlərdə siqaret çəkməyə qadağa qoyan ilk ölkə olub. Ölkədə satılan siqaret qutularnın üzərində siqaret çəkməyin sağlamlığa zərərinə dair xəbərdarlıq mahiyyətli yazı yerləşdirilməlidir. ABŞ-da nəhəng tütün istehsalçısı olan Philip Morris şirkəti bu qanuna görə Uruqvaya qarşı Dünya Bankının investisiya bübahisələrinin həllinə dair beynəlxalq mərkəzində iddia qaldırıb.
ABŞ prezidenti Barak Obama Uruqvay prezidentindən əvvəl verdiyi açıqlamada iki ölkə arasında ticarət əlaqələrindən məmnunluğunu və cənab Muhikadan şəxsən razılığını ifadə edib. “Prezident Muhika demokratiya və insan hüquqlarına məsələlərinə gəldikdə, dəyərləri və şəxsi keyfiyyətlərinə görə olduqca böyük nüfuza malikdir”-deyə prezident Obama bildirib.