Uhanda yaşayan və işləyən ayrı-ayrı ABŞ vətəndaşlarına coronavirus epidemiyasının episentri olan şəhərdəki Amerika konsulluğunun işçiləri üçün nəzərdə tutulan təxliyə uçuşunda kifayət qədər yer olmadığı barədə xəbərdarlıq edilib.
Dövlət Departamenti ABŞ-ın Uhandakı Baş Konsulluğunda çalışan işçilərini Birləşmiş Ştatlara gətirməyə hazırlaşır" - deyə, ABŞ-ın Pekindəki səfirliyindən bildirilib.
Məlumatda qeyd olunur ki, təyyarə Uhandan San-Fransiskoya birbaşa uçuş icra edəcək.
“Oturacaqların sayı həddindən artıq məhduddur və hər kəsin aparılması üçün imkan yoxdur. Koronavirus infeksiyasının onlar üçün böyük riski olan insanlara üstünlük veriləcək", sənəddə qeyd edilib.
SEE ALSO: Çində və dünya boyu koronavirus halları artırSəfirliyin saytında yerləşdirilmiş elanda təyyarədə yer almaq istəyən amerikalılar Amerika vətəndaşları üçün idarəyə müraciət edərək, pasport məlumatlarını təqdim etməyə dəvət olunur.
Dünyada təxminən 2 min insanın yoluxduğu virus təxminən 15 ölkəyə, o cümlədən Fransa, Kanada və ABŞ-a yayılıb. Birləşmiş Ştatlarda Kaliforniyanın cənubunda koronavirusa üçüncü yoluxma halı şənbə günü təsdiqlənib.
Çin şənbə günü 688 yeni yoluxma halının qeyd edildiyini bidirib. Çində koronavirus 56 nəfərin həyatına son qoyub.
Ümumdünya Səhiyyə Təşkilatı cümə axşamı bildirib ki, ölümcül virusun yayılması hələ qlobal fövqəladə hala çevrilməyib.