ABŞ-da uçuşların sayı hələ də 75% azdır

İnsanlar öldrücü koronavirusa təyyarə və ya aeroportlarda yoluxmaqdan qorxduqları və səyahət etmədikləri üçün ABŞ-da hava yolları ilə sərnişin səyahətləri aprel ayında 95 faizdən çox azalıb.

Hazırda uçanların sayı hələ də təxminən 75 faiz azdır.

"Bu, ABŞ-da səyahətçilərin güvəninin artdığını göstərir" - deyə, Hava Yolları Sərnişin Təcrübə Birliyinin (APEX) baş direktoru Co Lider bildirib.

Liderin Amerikanın Səsinə verdiyi məlumata görə, bu, adi vaxtda ildə 2.5 milyon sərnişinlə müqayisədə çox azdır.

Avia-şirkətlər təyyarələrini dezinfeksiya edir, sosial uzaqlaşma tətbiq edir və sərnişinlərdən maska taxmağı tələb edir.

Aviasiya üzrə təhlilçi Set Kaplan deyir ki, avia-şirkətlərın maska taxmağı tələb etməsindən bəri insanlar yenidən səyahəyt etməyə başlayıb.

Delta Hava Yolları şirkətinin Müştəri Təcrübəsi Məsələləri üzrə baş mütəxəssisi Bill Lenç Amerikanın Səsinə uçuşların 60 faizdən çox olmadığını deyib. O, sentyabr ayının sonuna qədər Delta təyyarələrinin təhlükəsizlik baxımından orta oturacaqları boş qoyduğunu bildirib.

Lakin Bəzi ABŞ-ın bəzi ştatlarında koronavirusa yoluxma halları artdığına görə hava səyahətilərinə yenidən məhdudiyyətlər qoyulub.