Trampın impiçment mühakiməsinin sürətləndirilməsinə səs verən Demokratlara 5 Respublikaçı qatılıb

ABŞ Senatındakı Respublikaçıların əksəriyyəti sabiq Prezident Donald Trampın yanvarın 6-da ABŞ Kapitolisinə hücumla bağlı impiçment məhkəməsinin keçirilməsinə qarşı səs verib. Bu, Trampın bəraət qazanmaq üçün kifayət qədər səsə sahib olduğunu göstərir.

Hadisədən bir neçə həftə sonra ABŞ demokratiyasının dünya miqyaslı simvolu olan Kapitoli binasına basqın, bəzi Konqres ofislərini talan edən və polislə qarşıdurma yaradan onlarla qiyamçı həbs olunub. Onlarla etirazçının hərəkəti hələ də araşdırılır.

Səsvermə 55-45-ə məhkəmə iclasının lehinə olub. Lakin 50 Demokrata yalnız 5 Respublikaçı qatılıb.

36 illik senator təcrübəsinə malik olan və Obamanın hakimiyyəti dövründə vitse-prezident vəzifəsində çalışan Prezident Bayden bazar ertəsi CNN-ə müsahibəsi zamanı Trampın mühakiməsini dəstəklədiyini desə də, Respublikaçıların Trampa qarşı kifayət qədər səs verəcəyini düşünmədiyini bildirib.

Trampın məhkum edilməsi üçün Senatda üçdə iki çoxluğun razılığı tələb olunur. Hazırda Respublikaçılarla Demokratlar arasında 50:50 nisbətinə bölünmüş Senatda bütün Demokratların razılığı nəzərə alınmaqla, əlavə olaraq 17 Respublikaçının öz partiyadaşları Trampın məhkum edilməsinə səs verməsi tələb olunur.

Əgər Senat Trampı məhkum etsə, sadə səs çoxluğu ilə ona yenidən federal ofis tutmaq qadağan oluna bilər.

Tramp artıq yeganə ABŞ prezidentidir ki, ölkənin 245 illik tarixində iki dəfə impiç olunur.

Bir neçə Respublikaçı millət vəkili Trampın mühakiməsinin vəzifəsindən kənarda olduğu vaxt nəyə görə keçirildiyini sual edib. Onlar basqınlanda iştirak edənlərin məsuliyyət daşımalı olduqlarını deyir.