ABŞ Talibanın Çinin Əfqanıstana sərmayə qoyacağına dair iddialarına skeptik yanaşır

ABŞ rəsmiləri və müstəqil analitiklər cümə günü Talibanın Çinin Əfqanıstana milyardlarla dollar sərmaye qoymağa hazır olduğuna dair iddiasına skeptik yanaşıb.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, Birləşmiş Ştatlar Əfqanıstan iqtisadiyyatı çökdüyü üçün əfqan xalqına yardım etməklə daha çox maraqlanır, nəinki Çinin ölkədə nüfuzunun yayılması ilə.

“Bizim diqqətimiz beynəlxalq ictamiyyətin böyük bir hissəsi ilə humanitar yardımın çatdırılması və bu yardımın Əfqanıstanda ehtiyaclarının qarşılandığından əmin olacaq doğru insanlara çatdırmaq üzərində işləməyə yönəltmişik,” Psaki Amerikanın Səsinin sualına cavab olaraq bildirib.

Bu həftə Kabildə müsahibə verən Taliban sözçüsü Zabihullah Mücahid deyib ki, Əfqanıstanın yeni idarəçiləri Çinin milyardlarla dollar investisiyası müqabilində çinli işçilərin və aktivlərin təhlükəsizliyini təmin etməyi vəd ediblər.

“Onlar Əfqanıstanda bəzi sahələrə sərmaye qoymaqda maraqlıdırlar və detallarla bağlı danışıq aparmaq istəyirlər,” Mücahid Amerikanın Səsinə bildirib.

“Layihələrdən biri “Mes Aynak”dır (Əfqanıstandakı ən böyük mis mədənlərindən birinin və qədim buddist xarabalıqlarının yerləşdiyi ərazi) ki, onlar oraya milyardlarla dollar sərmaye qoymaq istəyirlər və Əfqanıstanın da buna ehtiyacı var,” Mücahid deyib.

Çin Pakistan və İran daxil olmaqla qonşu ölkələri investisiya edib və Kabili Pekinin Kəmər və Yol Təşəbbüsünün aparıcı layihəsi olan Çin-Pakistan İqtisadi Dəhlizə qoşulmağa çağırıb.

Lakin Hadson İnstitutunun Cənubi və Orta Asiya üzrə direktoru Hüseyin Haqqni deyir ki, Çinin Əfqanıstana sərmayə qoymağa hazır olduğuna dair düşüncə “arzulu düşüncə”dir. Milyardlarla dollarlıq sərmayə, hər il milyonlarla dollar gəlir gözləntisinin olacağı deməkdir, indi isə Əfqanıstan iqtisdiyyatı bu cür imkan irəli sürmür.

Haqqani qeyd edir ki, çinlilər hələ ki, Talibana 31 milyon dollar humanitar yardım veriblər.

“Bu, əlbəttə ki, heç kimin milyardlar sərmayə qoymağa hazır olduğuna işarə etmir,” o deyib.

Taliban beynəlxalq ictimaiyyət tərəfindən tanınmadan öncə Əfqanıstana böyük miqyaslı investisiyanın edilməsi ehtimalı azdır. Hələ ki, heç bir ölkə, o cümlədən nə Çin nə də Rusiya Talibanın Əfqanıstanın rəsmi hökumətini adlandırdığı İslam Əmirliyini tanımayıb.