ABŞ-Taliban danışıqlarının gələcəyi

Your browser doesn’t support HTML5

ABŞ prezidenti Donald Tramp Amerika hərbi qüvvələrinin Əfqanıstandan çıxarılması məsələsini müzakirə etmək üçün Talibanla gizli danışıqları ləğv etmək qərarını müdafiə edib. “Danışıqlar öldü” deyən Tramp eyni zamanda, sülhə ümidlərin olduğunu da bildirib. Birləşmiş Ştatlar və Taliban Əfqanıstanda 18 ildir davam edən müharibəyə son qoymaq üçün sülh razılaşmasının əldə edilməsi məqsədilə bir ilə yaxındır müzakirələr aparırdı.