ABŞ Səfirliyi: Çindən gələnlər 14 gün sonra vizaya müraciət edə bilər

Viza müraciəti

ABŞ prezidentinin rəsmi müraciətinə əsasən, qeyri-ABŞ vətəndaşları və ABŞ-da yaşayış hüququna malik olmayan şəxlərın Çinə səfər etdikləri son gündən növbəti 14 gün ərzində ABŞ-ın ərazisinə səfərləri dəyandırılır.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.

Məlumatda deyilir ki, bu qayda Hong Kong və Makaoya səfərdə olan şəxslərə şamil olunmur.

“Əgər siz Çində yaşayır, yaxınlarda Çinə səfər etmiş və ya ABŞ-a planlaşdırılan səfərinizdən əvvəl Çinə səyahət etmək istəyirsinizsə, ABŞ-a səyahət üçün viza müsahibəsini Çindən gəldikdən ən azı 14 gün sonraya təxirə salmağınızı tövsiyə edirik”, səfirlik bildirir.