ABŞ səfirliyi qarşısında siyasi məhbus ailələri aksiya keçirib

Your browser doesn’t support HTML5

Fevralın 9-da siyasi məhbus kimi tanınan şəxslərin bir qrup ailə üzvləri ABŞ-ın Azərbaycandakı Səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Aksiyada xeberman.com saytının baş redaktoru Polad Aslanov, Azel.TV saytının rəhbəri Əfqan Sadıqov və Gəncə məhbuslarının ailə üzvləri iştirak edib. Etirazçılar bütün siyasi məhbuslara azadlıq və bəraət yazılmış bannerlər, jurnalistlər Polad Aslanov və Əfqan Sadıqov, Gəncə məhbuslarının fotoları qaldırıb. İştirakçılar ABŞ-ın Azərbaycandakı Səfirliyi də daxil olmaqla bütün xarici təşkilatları, nümayəndəlikləri siaysi məhbus kimi tanınan şəxslərin məhkəmə proseslərində iştirak etməklərinə çağırıb. Siyasi məhbus ailələri məhkəmələrin ədalətsiz keçirilməsinə etiraz edib. Polislər etirazçıların qaldırdığı şüarları və fotoları əllərindən alaraq cırıb. Bu da etirazçıların qəzəbinə səbəb olub.