ABŞ Səfirliyi Fulbright Visiting Scholar Programını açıq elan edib

Fulbrayt proqramı

ABŞ-ın Azərbaycandakı Səfirliyi 2022-2023 Fulbright Visiting Scholar Programını müraciətlər üçün açıq elan edib.

Bu barədə ABŞ Səfirliyi məlumat yayıb.

Fulbright Visiting Scholar Programı doktoranturadan sonrakı tədqiqatlar aparmaq, mühazirə oxumaq və ya birgə mühazirələr və tədqiqatlar aparmaq istəyən kiçik və böyük elmi işçilər, tədqiqatçılar, professorlar və akademik institutların fəlsəfə doktoru dərəcəsinə malik ekspertləri üçün qeyri-dərəcə, doktoranturadan sonrakı elmi proqramdır.

Proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.

Müsabiqədə iştirak edənlər Azərbaycan vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamaqla etibarlı Azərbaycan pasportuna malik olmalıdır.

Namizədlər şifahi və yazılı qaydada ingilis dilini bilməlidir.