ABŞ-ın Azərbyacandakı Səfirliyi həm Amerika Birləşmiş Ştatlarında, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə video buraxışlarını davam etdirir.
“Bu qısa videolarda ölkələrin tarixində mühüm iz saxlayan Azərbaycanlı və Amerikalı görkəmli simaları aralarında müqayisə aparacağıq,” səfirliyin məlumatında deyilir.
Səfirliyin sonuncu video buraxılşı Azərbycandan Hacı Zeynəllabdin Tağıyev və Amerikadan John D. Rockefeller haqqındadır.
Bundan öncəki video buraxılış isə yazıçılar Cəlil Məmmədquluzadə və Mark Tven haqqında olub.