ABŞ səfiri Azərbaycan xalqını təbrik edib

Yeni il

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir: “Yeni iliniz mübarək. Bilirəm ki, bu gün burada və dünyada qeyd edilən vacib bir gündür. Lakin Azərbaycanda bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğu üçün daha da vacib hesab olunur. Yeni ilin qeyd olunması üçün Amerika ənənəsi, keçmiş ilə nəzər yetirmək və gələn ilin gəlməsini müəyyən olunmuş məqsəd və niyyətlər ilə qarşılamaqdan ibarətdir. Bilirəm ki, keçən il ərzində çətinlişlərlə üzləşmişdik. Bunlar qlobal pandemiya və münaqişə idi. Bu səbəbdən hər iki tərəfin bölgədə sülhə doğru davamlı işləmələri çox vacibdir. Keçən il mən səyahət edərək Azərbaycanın daha çox guşəsini kəşf etmək niyyətimi bildirmişdim. Ötən ilə nəzər salaraq mən yüksək həzz hissi ilə xatırlayır və onlara dəyər verirəm. Naxçıvan, Şəki, Quba, Ağdam və Gəncədə insanlarla keçirdiyim görüşləri azərbaycanlı həmkarlarımızla mədəniyyət, iqtisadiyyat, təhlükəsizlik və biznes əlaqələrini müzakirə etmək imkanını əldə etmişdim. Mən Gəncədə Nizami məqbərəsini və Qırmızı qəsəbədə tanınmış sinaqoqu görmüşəm. Şahdağda xizək sürmüşəm. Naxçıvanda gəzintiyə çıxmışam. Ağdamda Cümə məscidində olmuşam və Şəkidə şüşə üzərində gözəl işləmələri görmüşəm. Azərbaycanda səyahət edərək yeni yeməklərin dadına baxmaqdan və buranın mədəniyyəti ilə tanış olmaqdan məmnun olmuşam. Gələn il də bu gözəl ölkənin daha çox bölgəsinə səyahət etmək ümidindəyəm. Biz Oklahoma ştatının qubernatoru və Dövlət katibinin müavini Olson kimi qonaqları qəbul etdik. Biz tərəfdaşlığımızı inkişaf etdirmək üçün dövlət rəsmiləri ilə görüşdük. Birləşmiş Ştatların yüksək səviyyəli rəsmiləri azərbaycanlı rəsmilərlə görüşlərə qatıldılar. Səfrilik ABŞ hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşlər keçirdi, onlara dəstək verdi. Bu sıraya FLEX proqramının tələbələri də daxil olmuşdur. İngilis dilli tədbirlərə ev sahibliyi etmişik, habelə ətraf mühitə və inkişafa yönəlmiş layihələri davam etdirmişik. Bu sıraya ağac əkmək də daxil olmuşdur. Azərbaycan xalqı bu layihələrdən bəhrələnmiş, onlar yeni iş yerləri yaradaraq insanların həyat standartlarının artmasına təkan vermişdir. Biz həmçinin Azərbaycan vətəndaşları ilə, qadınlar üçün sahibkarlığın inkişafı və mətbuat üçün tədbirlər də daxil olmaqla müxtəlif təşəbbüslərə qatıldıq. Gələcəyə baxaraq ümid edirəm ki, dövlətlərimizin tərəfdaşlığının 30-cu ildönümünün qeyd olunmasında bizə qatıla biləcəksiniz. Biz davamlı sülhün təmin olunmasında, Azərbaycanın müstəqilliyinin gücləndirilməsində və iqtisadiyyatın şaxələndirilməsində bütün azərbaycanlılara dəstək verməkdə davam edirik. Habelə təhlükəsizlik sahəsində əməkdaşlığı, azadlıqların gücləndirilməsi və xalqlarımız arasında əlaqələrin sıxlaşdırılmasındakı fəaliyyətimizi davam etdiririk. ABŞ Səfirliyi adından bizim sosial media dostlarımıza dinc və firəvan yeni il arzulayıram,” səfir Litzeneberger qeyd edib.