ABŞ səfiri ANAMA-nin fəaliyyəti ilə tanış olub

İyunun 25-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru ilə görüşüb.

ANAMA-nın mətbuat xidmətinin məlumatına görə, görüş zamanı ANAMA direktoru Qəzənfər Əhmədov Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan torpaqları, həmçinin agentliyin fəaliyyət göstərdiyi bütün aspektləri, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor ölkələrlə əməkdaşlığı, eləcə də uzun və qısa müddətli strategiyası haqqında məlumat verib.

ABŞ səfiri Li Litzenberger və ANAMA direktoru Qəzənfər Əhmədov

"Eyni zamanda, Əhmədov işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində və cəbhəxətti ərazilərdə aparılan humanitar minatəmizləmə fəaliyyəti ilə bağlı geniş informasiya təqdim edib və ABŞ-ın ANAMA ilə NATO/NSPA-nın birgə həyata keçirdiyi Ceyrançöl Təmizləmə Layihəsinin icrasında, eləcə də indiyədək agentliyin fəaliyyətində verdiyi dəstəyə görə öz minnətdarlığını bildirib."

Li Litzenberqer ABŞ tərəfindən ANAMA-nın həyata keçirdiyi minatəmizləmə əməliyyatlarına mümkün töhvə verilməsi barədə fikirlər səsləndirib.

ANAMA-nın Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun rəhbəri Elnur Qasımov agentliyin fəaliyyətini əks etdirən geniş prezentasiya təqdim edilib.