ABŞ seçki sistemini kirberhücumlardan müdafiə edəcək

Your browser doesn’t support HTML5

ABŞ-da ara seçkilərinə 3 ay qalmış qanunvericilər, hökumər rəsmiləri və özəl təşkilarlar seçiciləri siyasi rəylərinə təsir göstərə biləcək xarici propaqanda və hakerlikdən müdafiə etməyə çalışır.

Qanunverisilər Rusiyanın 2 il əvvəl keçirilən prezident seçkilərinə müdaxiləsini ciddi tənqid edərək, ABŞ-ın kibertəhlükəsizliyinin təmin edilməsinə çağırır.

ABŞ qanunvericiləri Facebook-un 32 saxta hesabı bağlaması qərarını alqışlayıb. Bu hesabların qarşıdan gələn seçkilər öncəsi ABŞ siyasətində casusuluqda şübhələnilirdi.

"Bu, bizim yalnız seçki sistemimiz və qeydiyyat sistemimizlə bağlı deyil, bu həm də ölkə, siyasətçilər və adi insanlar arasında parçalanmanın göztəricidir" - deyə, senator Cin Şahin bildirib.

Sosial media nəhəngi hesabların Rusiya ilə əlaqəsini müəyyən edə bilməyib. Lakin şirkət 2016-cı ildə Sank-Peterburqdan seçkilərə müdaxilə edən saxta hesablarla bənzərliklər aşkar edib. Hökumət rəsmiləri Rusiyanın seçkilərə müxtəlif yollarla müdaxilə etdiyini deyir.

"Buraya kibercasusluq, məlumat bazasının oğurlanması, seçicilərin qeydiyyat sisteminə müdaxilə və onlayn təbliğat daxildir. Açığını deyim bizim kəşfiyyatımız düz iş görür. Onlar ruslar idi" - deyə, daxili təhlükəsizlik naziri Kirstiyen Nelson bildirib.

Nyu-Yorkda keçirilən kibertəhlükəsizlik konfransında rəsmilər ABŞ-ın seçki sistemini müdafiə edəcələrinə vəd verib.

“ABŞ heç bir xarici ölkənin seçki sisteminə müdaxiləsinə yol verməyəcək. İstər Rusiya, İran, Şimali Koreya və ya başqa bir dövlət olsun" - deyə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.

ABŞ-ın vitse-prezidenti deyib ki, Amerika nəinki, öz kibermüdafiəsini gücləndirir, hətta hücumlara cavab verir.

"Amerikanın rəqiblərinin cəzasız kiberhücumlarına imkan verməsi vaxtı keçdi. Məqsədimiz fiziki dünyada olan Amerika təhlükəsizliyinin rəqəmsal dominantlığını təmin etməkdir."

Texnologya ekspertlərinin fikrincə, hakerlərin müəyyən edilməsi onların əməllərinin dayandırılması demək deyil.

"Seçkilərdən sonra onlar daha da təkmilləşib. Facebook kibertəhlükəsizliyi silah yarışı adlandırır. Bu, nə vaxtsa başa çatacaq bir şey deyil. Cinayət kimi bunun heç vaxt sonu yoxdur" – deyə, Assosiated Press-in texnologya müxbiri Barbar Ortutay bildirib.

Pens hökumətin özəl sektor və adi insanları dəstəkləməklə Amerikanın kiberdomenini təhlükədən uzaq saxlamalı olduğunu deyib.