ABŞ Senatı 1.9 trilyon dollarlıq koronavirus yardım paketini təsdiq etdi

xzcvbn

ABŞ Senatı şənbə günü 1.9 trilyon dollarlıq koronavirus yardım paketini təsdiq edib. Senat yardım paketini təsdiq etmədən öncə qanun layihəsinə bir sıra dəyişikliklər edib.

Bu qanun layihəsi koronavirus pandemiyasının iqtisadi təsirlərindən əziyyət çəkən amerikalıları 1400 dollarlıq birdəfəlik ödəniş və işçsizlik müavinətlərlə təmin edəcək. Qanun layihəsi son dəqiqə edilən dəyişikliklər səbəbilə yenidən Nümayəndələr Palatasında səsə qoyulmalıdır.

Demokratlar partiyasının liderləri cümə günü saatlarla davam edən danışıqlardan sonra mötədil Demokrat Co Mançinlə qanun layihəsində işsizlik müavinətı ilə bağlı müddəa üzərində razılıq əldə ediblər. Demokratlar təklif olunan həftəlik fövqəladə işçiszlik ödənişini 400 dollardan 300 dollara endiriblər və Mançinin dəstəyini qazanmaq üçün qanun layihəsinə işsizlik müavinətı alan insanlara vergi imtiyazları daxil ediblər.

Ağ Ev bildirir ki, Prezident Co Bayden işsizlik müavinəti üzərində əldə olunan kompromis razılığı dəstəkləyir.

Respublikçılar da Mançinin özlərinin işsizlik sığortası ilə bağlı təklifinə dəstəyini əldə etməyə çalışıblar və bu da cümə günü doqquz saat davam edən danışıqlara və qanun layihəsinə üzərində səsvermənin ləngiməsinə səbəb olub.

Senatn Demokrat liderləri həm Mançin kimi yardım paketindəki xərcləri azaltmağa çalışan mötədillərin həm də qanun layihəsinə hökumət tərəfindən daha çox yardımın daxil edilməsini istəyən proqressivlərin dəstəyini qazanmaq üçün çox ehtiyatlı davranmalı olublar. Onlar həmçinin ötən ay qanun layihəsinin başqa bir versiyasını təsdiq edən və Nümayəndələr Palatasına sadəcə 10 səs fərqi ilə nəzarət edən Demokratların da dəstəyini qoruyub-saxlamalıdırlar.

Bu həftənin əvvəlində Senat Demokratları ilə Prezident Co Bayden 1400 dollarlıq ödənişin ediləcəyi amerikalıların kriteriyaları sərtləşdirmək üzərində razılıq əldə ediblər. Belə ki, yeni qanun layihəsində illik 80000 dollardan çox qazanan insanlar yardım pulu almayacaqlar. Bu isə daha öncə Nümayəndələr Palatasının təsdiq etdiyi qanun layihəsində qeyd olunan illik gəlir kriteriyasından çox aşağıdır.

Birbaşa ödənişlərlə yanaşı qanun layihəsində COVID-19 vaksinləri və testlər üçün pul, ştat və yerli hökumətlərə habelə pandemiyanın ziyan vurduğu, restoran və hava yolları şirkətləri kimi bzineslərə yardım ayırılıb. Bundan əlavə qanun layihəsində aşağı maaş alan insanlar və uşaqlı ailələrə vergi imtiyazları təklif olunur.

Demokratlar bu tədbilərin iqtisadiyyatı canlandırmaq və ABŞ-da 522,000-dən çox insanın həyatına son qouan COVID-19 pandemiyası ilə mübarizə aparmaq üçün lazım olduğunu iddia edir. Bir öncəki yardım planını dəstəkləyən Respublikaçılar isə əlavə 1.9 trilyon dolların çox baha başa gələcəyini bildirir.