ABŞ sahillərində yük gəmisi çevrilib, 4 nəfər hələ də tapılmayıb

ABŞ Sahil Mühafizə Xidməti bildirir ki, xilasetmə qrupları bazar günü Corciya ştatının sularında alovlanmış və daha sonra çönmüş yük gəmisinin heyət üzvlərinin axtarışına davam edir.

Sahil Mühafizə Xidmətinin yayımladığı videogörüntülərdə, Sent Saymons Saunddakı "Golden Ray" adlı gəmidən 20 nəfərin helikopterlə xilas edildiyi görünür.

200 metrlik gəminin göyərtəsində 1 gəmi kapitanı və 23 nəfərlik heyət olub.


Xilasetmə əməliyyatı səhər tezdən Corciya ştatının Atlantik Okeanı sahillərində Atlantadan 400 km cənub-şərqdə, Brunsvik limanının yaxınlığında həyata keçirilib.

"Sahil Mühafizəsi ekipajları tərəfdaş agentliklər və ticari yardım təminatçıları ilə birlikdə Cənubi Karolinanın Təbii Sərvətlər Departamenti və Moran buksir İdarəsi ilə birlikdə gəmidə bir neçə xilasetmə əməliyyatı həyata keçirilib. İndiyədək gəmidə olan 24 nəfərdən iyirmisi xilas edilib. Tüstü və alov gücləndiyindən biz hal-hazırda itkin qalan dörd nəfəri tapmağa cəhd etməyə gəminin içərisinə girmək üçün vəziyyətin çox riskli olduğunu qiymətləndirdik," ABŞ Sahil Mühafizəsi Xidmətinin Çarlston dairəsi üzrə komandiri kapitan Con Rid deyib.

Rid gəmidəki qeyri-sabitliyin axtarışa mane olduğunu bildirib.

Xilasetmə əməliyyatlarına ABŞ Sahil Xidməti qatılıb.

200 metrlik gəminin göyərtəsində 1 gəmi kapitanı və 23 nəfərlik heyət olub. Qəza baş verən zaman gəmi Baltimor şəhərinə gedirdi.

Associated Press gəminin Cənubi Koreya şirkətinə məxsus olduğunu və Marşall adalarından çıxdığını bildirib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.