Tramp administrasiyası cümə axşamı Rusiyadan Ukraynanın iqtisadiyyatını zəiflətmək məqsədilə Azov və Kerç dənizlərində beynəlxalq dəniz gəmilərinin təhdid edilməsini dayandırmasını istəyib.
Dövlət Departamentinin sözçüsü Hether Nauert deyib ki, Rusiyanın "dəniz tranzitinə maneə törədən hərəkətləri Ukraynanı zəiflətmək və qeyri-sabitlik yaradılmasına yönəlmiş addımdır və beynəlxalq normalara hörmətsizlik deməkdir".
ABŞ Rusiyanı aprel ayından etibarən ticarət gəmilərini gecikdirməkdə və 16 ticarət gəmisinin Ukraynanın limanlarına çatmasının qarşısını almaqda ittiham edir.
Rusiya və Ukrayna arasında münasibətlər rəsmi Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq etməsi və Şərqi Ukraynada Rusiya tərəfdarı separatçılar və Ukrayna hərbi qüvvələri arasında qarşıdurmaya təhrik etməsindən sonra gərgindir.
Ukrayna prezidenti Petro Poroşenko keçən həftə Ukraynanın Müstəqillik Günü qeyd edilərkən ölkəsinin "Rusiya imperiyası və Sovet İttifaqı ilə bütün əlaqələrini kəsdiyini" elan edib.
Kreml ABŞ-ın tələbinə cavab verməyib.