Birləşmiş Ştatlar Rusiyanı insan haqları qruplarının siyasi məhbus adlandırdığı onlarla şəxsi azad etməyə çağırıb.
Dövlət Departamentinin iyunun 18-də açıqladığı bəyanatda bildirilir ki, Ukrayna rejissoru Oleq Sentsov və insan hüquqları müdafiəçisi Oyub Titiyev də daxil olmaqla 150 insan həbsdə saxlanılır.
Biz Rusiyanı siyasi və din məhbusları kimi tanınan bütün şəxsləri dərhal azad etməyə və hüquqi sistemdən fərqli düşüncə və dinc dini praktikanı boğmaq üçün istifadə etməyi dayandırmağa çağırırıq.
Sentsov 2014-cü ildə Krımda Rusiyanın Ukraynanın bu regionunu işğal etməsindən sonra həbs edilib. Rusiya məhkəməsi onu 2015-ci ildə terror aksiyaları planlaşdırmaqda ittiham edərək, 20 il müddətinə həbsə məhkum edib. Sentsov mayın 14-dən aclıq aksiyası keçirir.
Memorial insan haqları təşkilatının Çeçenistanda rəhbəri olan Titiyev yanvar ayından narkotik maddələrin saxlanması ittihamı ilə həbs edilb. Titiyevin özü və onun həmkarları həbsin onun hüquq-müdafiə fəaliyyəti ilə bağlı olduğunu bildirir.
"Biz Rusiyanı siyasi və din məhbusları kimi tanınan bütün şəxsləri dərhal azad etməyə və hüquq sistemindən fərqli düşüncə və dinc dini praktikanı boğmaq üçün istifadə etməyi dayandırmağa çağırırıq", bəyanatda deyilir.
Rəsmi Moskva bəyanata hələlik cavab verməyib. Lakin Rusiya Xarici İşlər nazirliyi əvvəlki bəyanatları qəzəblə pisləyib və bunu Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.