ABŞ Rusiyanın 21 müəssisəsi və 13 fiziki şəxsə qarşı yeni sanksiyalar elan edib

ABŞ hökuməti Rusiyanın texnoloji sektorundakı 21 müəssisəyə və 13 fiziki şəxsə qarşı sanksiyalar elan edib. ABŞ-n dediyinə görə, onlar ölkənin hərbi məqsədlər üçün Qərb texnologiyalarına çıxışının qarşısını alan mövcud sanksiyalardan yayınır.

ABŞ-ın Maliyyə Nazirliyi cümə axşamı “Bu sanksiyalar Kremlin sanksiyalardan yayınmaq üçün istifadə etdiyi və Rusiya Federasiyasının döyüş maşınında əsas rol oynayan şəbəkələrinə və texnologiya şirkətlərinə qarşı repressiyasının bir hissəsidir” deyə, bildirib.

“Rusiya əsassız təcavüzü ilə təkcə Ukraynanın suverenliyinə deyil, həm də mülki əhaliyə və yaşayış məntəqələrinə zərbələr endirməkdə davam edir. Bu mənasız müharibə bitənə qədər biz Putinin döyüş maşınını hər tərəfdən sanksiyalarla hədəf almağa davam edəcəyik” - deyə, Canet L. Yellen bildirib.

Martın 24-də Birləşmiş Ştatlar Ukraynanın işğalına dəstək verdiyi üçün müdafiə sənayesi bazasında olan onlarla Rusiya şirkətinə sanksiya tətbiq edib.

Bundan bir neçə gün əvvəl ABŞ, Avropa İttifaqı və Böyük Yeddilər-lə (G7) birlikdə Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar yeni sanksiyalar elan edib.

Məhdudlaşdırıcı tədbirlər 600-dən çox fiziki və hüquqi şəxsə şamil edilib. Onların arasında separatçı “LPR” və “DXR”in müstəqilliyinin tanınmasına səs verən Dövlət Dumasının 328 deputatı, bir təşkilat olaraq Dövlət Dumasının özü, Sberbank-ın rəhbəri German Qref də var.

Siyahıda Sovkombank-ın idarə heyətinin və müşahidə şurasının 17 üzvünün adı var. Onların arasında bankın ortaq sahibləri Mixail Klyukin, Sergey və Dmitri Xotimskilər və Mixail Kuçment də adı ver. Bankın özü ABŞ sanksiyalarına fevralın 25-də məruz qalıb.

Sanksiyalar, həmçinin Ukraynada hərbi əməliyyatlarda istifadə olunan hərbi texnika sənaye kompleksinin 48 şirkətinə də şamil edilib.

ABŞ Maliyyə Nazirliyinin bildirdiyinə görə, Rusiya Federasiyasının Mərkəzi Bankı ilə qızılla bağlı hər hansı əməliyyat qadağandır.

Burada söhbət siyahıda olan fiziki və hüquqi şəxslərin ABŞ-dakı aktivlərinin dondurulmasından, Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla hər hansı əməkdaşlığının qadağan edilməsindən gedir.