ABŞ qanunvericiləri Müllerin hesabatının ictimailəşdirilməsinə çağırır

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer

ABŞ-ın xüsusi prokuroru Robert Müllerin Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi və prezindent Donald Trampın hər hansı qanun pozuntusu ilə bağlı istintaqını başa çatdırması ilə qanunvericilər hesabatın ictiamiyyətə açıqlanmasına çağırır.

Müller hesabatını cümə günü baş prokuror Uilyam Barın başçılıq etdiyi Ədliyyə Nazirliyinə təqdim edib. Bar hesabatın hər hansı hissəsinin ictimailəşdirilib-ictimailəşdirilməyəcəyinə qərar vermədən öncə onu nəzərdən keçirəcək.

Uilyam Bar və Robert Müller

Hesabatın nəticələri hələ ki, məxfidir, lakin Ədliyyə Nazirliyi hesabatda hər hansı yeni ittihamların olmadığını təsdiq edib.

ABŞ-ın ən yüksək hüquq-mühafizə rəsmisi Bar deyib ki, o, hesabatın nəticələri ilə bağlı Konqresə bu həftə sonunadək məlumat verə bilər.

Konqresin yüksək vəzifəli demokratları deyib ki, hesabatın tamını ictimailəşdirmək “zəruridir”. Nümayəndələr Palatasının spikeri Çak Şumer birgə bəyanat yayaraq “Amerika xalqının həqiqəti öyrənməyə haqqı var”deyib.

Onlar həmçinin Barın Trampa tapıntılar və ya dəlillərlə bağlı heç bir məlumat verməməli olduğunu söyləyib.

Ağ Evin mətbuat katibi Sara Sanders deyib ki, Ağ Evə nə hesabat nə də onunla bağlı məlumat verilib və onlar “prosesin öz yolu ilə irəlilməsini gözlədiklərini deyib.” Sanders növbəti addımların “baş prokuror Bardan asılı olduğunu” söyləyib.

Associated Press Trampın vəkili Rudi Culianinin hesabatdakı tapıntılar ictimailəşdirilmədən öncə onları nəzərdən keçirməyi tələb edib, lakin ona buna dair heç bir təminat verilməyib.

Senatın çoxluq lideri Mitç Makkonnel

Senatın respublikaçı çoxluq lideri Mitç Makkonnel deyib ki, o, baş prokuror Barrın “mümkün qədər açıq və şəffaf şəkildə” tapıntılarla bağlı “mümkün qədər çox məlumat verəcəyinə” ümid bəsləyir.

Nümayəndələr Palatasının altı komitəsinin demokrat başçıları cümə günü Bara birgə mətub ünvanlayaraq yazıb ki, “əgər xüsusi prokurorun prezidentin qanunu pozduğuna inanmaq üçün səbəbi varsa, Ədliyyə Nazirliyi bu cür məlumatı gizləməmək məcburiyyətindədir. Prezident məsuliyyətə cəlb olunmalıdır”.

Prezidentliyə demokrat namizədlər də hesabatın açıqlanmasına çağırıb.

Prezidenti tez-tez tənqid edən massaçusetsli senator Elizabet Uorren Barın hesabatı “dərhal Amerika xalqına” təqdim etməyə çağırıb.

Nyu Yorku təmsil edən senator Kirsten Gillibrand deyib ki, amerikalıların "tapıntılar barədə məlumat əldə etməyə haqları var".

Kaliforniyalı senator Kamala Harris “tam şəffaflığa”çağırıb, eyni zamanda isə deyib ki, “ Bar and içərək istintaqın tapıntıları ilə bağlı ictimai ifadə verməlidir”.

Vermontu təmsil edən Berni Sanders Barı hesabatı tam şəkildə ictimailəşdirməyə çağıran petisiya başladıb.