ABŞ "Müttəfiqlərə Sığınacaq Əməliyyatı" ilə əfqanları hava yolu ilə ölkədən çıxaracaq

ABŞ bu ay Əfqanıstanda son 20 ildə hərbi qüvvələrinə dəstək göstərən və ABŞ qoşunlarının ölkədən çıxması ilə Taliban tərəfindən təhlükə ilə üzləşən əfqanların hava yolu ilə ölkədən çıxarılması prossesini başladır.

Ağ Ev çərşənbə günü Xüsusi İmmiqrant Vizası gözləyənlərin çoxu üçün "Müttəfiqlərə Sığınacaq Əməliyyatı"nı başlatdığını elan edib.

Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə bildirib ki, "Əməliyyatın təhlükəsizliyi baxımından spesifik rəqəmləri sizə təqdim edə bilməyəcəm, lakin təsdiqləyə bilərəm ki, gözləmə prossesində olan ərizəçilərin iyul ayının sonuncu həftəsindən etibarən Əfqanıstandan çıxarılmasına davam ediləcək".

Rəsmilər mülki çarter reysləri üçün istfadə ediləcək təyyarələrin təyinat nöqtələri haqqında geniş məlumat vermir. Lakin mərkəzi Asiya ölkələri - Qazaxıstan, Qırğısıtan kimi ölkərlərlə danışıqlar aparıldığı bildirilir.

Amerikanın Səsinin ABŞ-ın Sakit okean bölgəsindəki Quam ərazisinin hələ də evakuasiya edilənlər üçün istifadə edilib-edilməyəcəyi barədə suala isə Cen Psaki deyib ki, "Mən sadəcə hər hansı bir yeri istisna etməyəcəyəm. Köçürülən şəxslərin təhlükəsizliyi əsas narahatlıq və diqqət mərkəzindədir".

Əvvəllər qaçqınların qeydiyyata alınması üçün istifadə edilən Quam adasındakı rəsmilər isə ərazinin müvəqqəti olaraq əfqanlar üçün istifadə edilə bilməsinə açıq olduğunu bildirir.

Lakin Pentaqonun mətbuat katibi Con Kirbi çərşənbə günü jurnalistlərə bildirib ki, bəzi potensial ərazilər nəzərdən keçirilib, lakin son qərar hələ ki, verilməyib.

Mənbələrin məlumatına görə ilkin prioritet viza müraciətləri qəbul olunmuş şəxslərin hava yolu ilə çıxarılmasıdır.