ABŞ miqrant uşaqlar arasında ölüm hallarına mane olmağa çalışır

Vəfat edən 8 yaşlı oğlanın matəmi saxlanılır.

ABŞ-ın mühacirət rəsmiləri hökumətin nəzarətində olan qvatemalalı Filip Qomezin öldüyünü dünən bildirib. Onun Milad gecəsi dünyasını dəyişdiyi deyilib.

Gömrük və Sərhəd Mühafizə Agentliyinin (CBP) məlumatında deyilir ki, uşaq qızdırma və soyuqdəymə simptomları ilə xəstəxanaya çatdırılıb, lakin dərman verildikdən sonra geriyə qaytarılıb.

Uşağın bir gün sonra xəstəxanaya ürəkbulanması və qusma ilə gətirildiyi bildirilir.

Agentlik bundan əlavə məlumat verməkdən imtina edib və daha sonra daha ətraflı açıqlama veriləcəyini deyib. Uşağın ölümünün səbəbi bəlli deyil. Lakin uşağın ölümünün müstəqil və diqqətlə araşdırılacağına vəd verilib.

Hazırda agentlik nəzarətdə olan bütün 10 yaşından aşağı uşaqları müayinədən keçirir.

CBP həm də miqrantların yaşayıq bölgələrinə yerləşdirilməsinə çalışdığını bildirib.

Bundan əvvəl 7 yaşlı qvatemalalı qız nəzarətə alındıqdan sonra ölmüşdü.

Jakelin Kaalın cəsədi bu gün Qvatemalanın San Antonio kəndində torpağa tapşırılıb. O, dekabrın 8-də dünyasını dəyişib. Jakelinin hansı xəstəliyə yoluxduğu da bəlli deyil.

Sərhəd keşikçiləri tərəfindən ələ keçirilərkən uşağın sağlam olduğu və iki gün sonra 41 dərəcə qızdırma ilə xəstəxanaya çatdırıldığı bildirilir. Uşaq iki gün sonra Texasın El Paso xəstəxanasında vəfat edib.

ABŞ agentləri uşağın ABŞ sərhədlərinə çatmazdan əvvəl çox az yediyi və su içdiyini bildirib.

ABŞ-ın mühacirət siyasətinin tənqidçiləri uşaq ölümlərini onların sərhəddə üzləşdikləri sətr davranışla izah edir.

"Tramp administrasiyası qəsdən bə qanunsuz şəkildə sığınacaq axtaranları geri qaytarır. Mühafizəyə ehtiyacı olanları süründürür, insanları təhlükəsizlikləri üçün riskli addımlara məcbur edir" , Amnesty International bildirib.

CBP sözçüsü neçə uşağın nəzarət olduğuna dair sualı cavablandıra bilməyib.

Tramp isə bildirir ki, mühacirləri alqışlayır, lakin onların ölkəyə qanuni şəkildə gəlməsini istəyir.