Omikronun sürətlə yayıldığı bir vaxt milyonlarla amerikalı bayram səyahətinə çıxıb

Koronavirusun delta variantından daha yoluxucu olan omikron variantının sürətlə yayıldığı və xəstəxanalarda çarpayıların tükəndiyi bir vaxt milyonlarla amerikalı cümə axşamı, tətil mövsümünün ən məşğul günlərindən birində səyahətə çıxıb.

Milad bayramı ölkədəki problemləri daha da çətinləşdirib - böyük şəhərlərin apteklərində və ictimai test məntəqələrində növbələr artıb, bəzi yerlərdə ev üçün test dəstləri belə tapılmır.

Namizəd olarkən sələfi Donald Trampı eyni məsələkərdəki uğursuzluqlara görə tənqid edən prezident Co Bayden bu həftə yanvar ayından başlayaraq daha çox sınaq məntəqəsinin açılacağına və yarım milyard ev test dəstinin tədarükünə söz verib.

NyuYorkun Travers Parkında yeni açılan federal test məntəqəsində insanlar sümükləri donduran şaxtalı havada uzun növbələr yaradıb.

Kuins sakini Mariya Feliks testinin nəticələrini gözləyərkən "Mən ailəmlə görüşməyi planlaşdırırdım, lakin COVID testim müsbət ola bilərdi. Bunun belə olacağını düşünmürəm" deyir.

Hökumət işçiləri küçədən keçənlərə evdə etmələri üçün test dəstləri paylayır. Lakin hökumət 8.4 milyon əhalisi olan şəhərin beş məhəlləsindən hər biri üçün cəmi 2000 test dəsti ayırıb və çox guman ki, bu hamıya kifayət etməyəcək.

Bu testlərin səyahətlərin qarşısını alacağına çox az işarə var. Məsələn, American Airlines şirkəti dekabrın 19-u ilə yanvarın 1-i tarixləri arasında hər gün 5000 uçuş həyata keçirdiyini və bu uçuşların 2019-cu ildə həyata keçirilən uçuşların 86 faizini təşkil etdiyini bildirib.

Amerika Avtomobil Assosiasiyasının hesablamalarına görə, 2020-ci illə müqayisədə bu il, dekabrın 23-dən yanvarın 2-dək səyahətə çıxanların sayında 34% artım var. Assosiasiya 109 milyon insanın təyyarə və ya başqa nəqliyyat vasitələri ilə yola çıxacağını bildirib.

Belə görünür bayram şənlikləri COVID-19-a yoluxma hallarını daha da artıracaq. Belə ki, omikron variantı onsuz da dolu olan xəstəxanalarda vəziyyəti daha da ağırlaşdıracaq.

Koronavirusun bu variantı hazırda bəzi bölgələrdə bütün halların 90%-dən çoxunu təşkil edir.

İlkin sübutlar omikronun ağır hallarının nisbətinin daha aşağı olduğunu göstərsə də, bu, bu günə qədər görülən virusun ən yoluxucu versiyasıdır.

Covid Act Now-nun bildirdiyinə görə, son yeddi gündə ortalama gündəlik yeni yoluxma halları 171 min olub ki, bu da sentyabr ayında delta variantının səbəb olduğunu artımı keçmək üzrədir.