ABŞ-ın 27 ştatında koronavirusa yoluxma halları artmaqda davam edir

Reuters xəbər agentliyinin bildirdiyinə görə, Viskonsin ştatında 111% olmaqla, avqust ayı ilə müqayisədə sentyabr ayında ABŞ-ın 50 ştatından 27-sində COVID-19-a yeni yoluxma halları artıb.

ABŞ-ın mərkəzi Şimali Dakota, Cənubi Dakota, Viskonsin ştatlarında yeni yoluxma halları keşən ay Montana, Yuta, Qərbi Virciniya və Vyoming ştatlarında olduğundan 50 faizdən çox artıb.

27 ştat arasında İllinoys ştatı yoluxma hallarının ən az qeydə alındığı ştatdır ki, orada 5 faiz artım olub. Yeni yoluxma hallarının ən az qeydə alındığı digər mərkəzi ştatlar Ohayo və İndiana olub.

ABŞ-da avqust ayında 1.41 milyona olduğu halda sentyabr ayında 1.18 milyon yeni yoluxma halının qeydə alındığı bildirilib. Ümumilikdə ölkədə yoluxma halları avqustun sonundakı 6,05 milyonla müqayisədə 19% artaraq, 7,26 milyona çatıb.

Ən çox azalma halları üç ştatda - Kaliforniyada 50 faiz, Nevadada 49 faiz, Floridada 47 faiz olub.

Florida sentyabrın 25-də bar və restoranlara tam gücü ilə işləməyə icazə verərək, bütün məhdudiyyətləri ləğv etdiyini elan edib.

Bütün bunlarla yanaşı ABŞ-da bir çox müəssisə COVID-19 məhdudiyyətləri ilə üzləşdiyindən xərclərini azaltma tədbirləri görməyə davam edir.