Konqres hərəkətə keçməzsə maaşları ödəyə bilməyən ABŞ hökuməti cümə axşamı gecə yarısından sonra 1 milyondan çox federal işçinin və saysız-hesabsız podratçının işini dayandırmağa məcbur olacaq. Daha minlərlə insanın maaşlarının nə vaxt ödəniləcəyi barədə dəqiq məlumat olmadan işini davam etməsi gözlənilir.
"Bu, Amerika Birləşmiş Ştatları hökumətinin bir ölkə olaraq qarşılaşdığı bir çox problemlərə cavab verə biləcəyinə bağlıdır" - deyə, federal hökumətin İctimai Xidmətlər Təşkilatının prezidenti Mals Stir bildirib.
Stir deyib ki, hökumət bağlandıqdan sonra yenidən başlamaq bir düyməni basmaq kimi olmayacaq.
"Bu, çox mürəkkəb, milyardlarla dollarlıq bir qurumdur və onu dayandırıb yenidən işə salmaq əslində çox enerji və çox vaxt aparır. Bu səbəbdən çox uzun müddət olmasa da, bağlanan zaman çox baha başa gəlir" - deyə, Stir Amerikanın Səsinə bildirib.
1980-ci ildən bəri federal hökumət maliyyə çatışmazlığı səbəbindən fərqli vaxtlarda 21 dəfə bağlanıb.
Prezident Co Baydenin səlahiyyət müddətinə başlamasından bəri hökumət ilk dəfə bağlana bilər. 1977-1981-ci illər, Cimmi Karterin prezident olduğu dövrdən bəri Pezident Corc W. Buş istisna olmaqla, yalnız bir neçə gün və ya bir neçə saat davam etsə də, hər prezident belə maliyyə böhranı yaşayıb.
Hökumət sonuncu dəfə 2018-ci ildə, Donald Trampın prezidentliyi dövründə, Konqresdəki Demokratlarla prezident arasında ABŞ-ın Meksika ilə sərhədində divar tikmək təklifi ilə bağlı mübahisə yarandığı zaman bağlanmışdı. Meksika sərhədİ ilə bağlı mübahisələr 2019-cu ilin yanvar ayına qədər 35 günlük qismən rekord bağlanma ilə nəticələnmişdi.