ABŞ, Kanada və Meksika yeni ticarət razılığı imzalayıb

Birləşmiş Ştatlar, Meksika və Kanada yeni Şimali Amerika ticarət razılığını imzalayıb. Bu razılıq nəticəsində üç ölkə arasında hər il 1.2 trilyon dollar dəyərində ticarət aparılacaq.

Prezident Donald Tramp 15 ay ara-ara kəskin keçən danışıqların ardından ABŞ-Meksika-Kanada Razılığının (USMCA) imzalanmasını “həqiqətən də inqilabi nailiyyət” üçün “tarixi gün adlandırıb”.

Kanadanın baş naziri Castin Trudo və Meksika prezidenti Enrike Pena Nietonun yanında çıxış edən Tramp deyib ki, saziş nəticəsində ABŞ bazarının Kanada və Meksikaya çıxışına imkan yaranacaq, Amerika ixracı artacaq, bundan əlavə isə ədalətli rəqabətin təmin olunması üçün yeni tədbirlər görüləcək.

“Sazişdən ən çox avtomobil istehsalçılarıfaydalanacaq”- deyə, Tramp bildirib və əlavə edib ki, USMCA avtomobil sənayesindəki iş yerlərinin xaricə ixrac olunmasının qarşısını alacaq və mümkündür bəzi iş yerləri Birləşmiş Ştatlara geri gətiriləcək.

Enrike Pena Nieto, Donald Tramp, Castin Trudo

USMCA Trampınn 2016-cı il prezident seçki kampniyası zamanı tənqid edərək, tarixin ən pis ticarət razılığı adlandırdığı və 1994-cü ildə qüvvəyə minəndən bəri Amerikada istehsal sahəsində iş yerlərinin itirilməsinə görə günahlandırdığı NAFTA-nı əvəzləyir.

Lakin USMCA razılığının qüvvəyə minməsi bir az vaxt alacaq, çünki hər üç ölkənin qanunvericiləri sazişi təsdiqləməlidir.

“Razılıq elə yaxşı nəzərdən keçirilib ki, mən onun ABŞ Konqresi tərəfindən təsidqlənməsində heç bir problemin olacağını gözləmirəm” – deyə, Tramp imza mərasimində söyləyib.

Lakin bu çox nikbin bir gözləntidir.

Nümayəndələr Palatasının ticarət məsələlərinə nəzarət edən alt-komitəsinin yüksək vəzifəli demokrat üzvlərindən nyu yorklu konqresmen Bill Pasrel təxmin edir ki, “bu sazişin təsdiqi çətin keçəcək”.

Demokratlar yanvar ayında Nümayəndələr Palatasına nəzarəti ələ keçirir.

Razılıq elə yaxşı nəzərdən keçirilib ki, mən onun ABŞ Konqresi tərəfindən təsidqlənməsində heç bir problemin olacağını gözləmirəm.
Donald Tramp

Milli İstehsalçılar Assosiasiyası isə ABŞ qanunvericilərini sazişi dərhal təsdiq etməyə çağırır.

Tramp qeyd edib ki, saziş Argentinada Meksika prezidenti Pena Nietonun vəzifədəki son günündə imzalanıb. Onu beş ay öncə seçilərn solçu Andres Manuel Lopez Obrador əvəzləyəcək.

“Bu, prezidentlik vəzifəsini başa çatdırmağın gözəl yoludur”, Tramp Pena Nietoya söyləyib. Auditoriyadakı Meksika rəsmiləri isə onu alqışlayıb.

Pena Nieto da həmçinin bildirib ki, yeni razılığa təkmilləşdirilmiş işçi hüquqları və ətraf mühitin mühafizəsi daxildir.

Kanada baş naziri də razılığın iş yerlərini qoruduğunu, orta sinfi gücləndirdiyini və bizneslər üçün yeni imkanlar yaratdığını söyləyib.