ABŞ İranla müharibə istəmir, Yaxın Şərqdə mövcudluğunu gücləndirmək qərarını müdafiə edir

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatların təhlükəsizlik və müdafiə rəsmiləri İranın ABŞ və onun müttəfiqlərinin Yaxın Şərqdə maraqlarını hədəf almağa hazır olması ilə bağlı xəbərdarlıq edib. Yüksək səviyyəli ABŞ rəsmiləri Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək qərarını müdafiə edir. Lakin onlar eyni zamanda, Amerikanın İranla müharibə istəmədiyini bildirir.