ABŞ mühacir hərbçiləri tərxis edir

Associated Press-in məlumatına görə, ABŞ ordusunda hərbi xidmətə cəlb olunan zaman vətəndaşlıqla təmin olunacaqları vəd olunan bir sıra ehtiyatda olan və yeni immiqrant əsgərlər gözlənilmədən təxris olunub.

AP xüsusi qəbul proqramı ilə hərbi qüvvələrə cəlb olunanlardan neçəsinin kişi və ya qadın olması barədə məlumat verməyib. Lakin immiqrasiya vəkilləri bildiriblər ki, tərxis olunan 40-dan çox hərbçinin gələcəyi sual altındadır.

Bu ölkə mənə o qədər yaxşı münasibət göstərib ki, fikirləşdim ki, ən az edə biləcəyim Birləşmiş Ştatların ordusunda xidmət etmək olardı.

"Orduda xidmət etmək xəyalım idi," keçən həftə orduya qarşı iddia qaldıran braziliyalı immiqrant, ehtiyatda olan Lukas Kalixto bildirib. "Bu ölkə mənə o qədər yaxşı münasibət göstərib ki, fikirləşdim ki, ən az edə biləcəyim Birləşmiş Ştatların ordusunda xidmət etmək olardı.”

Hərbçilərdən bəziləri nə səbəbdən tərxis olunmaqları barədə məlumatlarının olmadığını bildiriblər. Digərləri deyiblər ki, ordu onların xaricdə yaşadığı qohumlarının onlar üçün təhklükə yaratdığıni söyləyib. Başqa bir səbəb kimi, Müdafiə Nazirliyinin onların tarixçələrinin araşdırılmasının tam olaraq bitirməməsi göstərilir.

Pentaqon və Ordu sözçüsü bildirib ki, hal-hazırda məhkəmə qərarını gözlədikləri üçün tərxis olunmanın səbəbləri barədə və yaxud hərbi şöbələrdə hər hansı bir dəyişikliyin olub-olmaması barədə məlumat verə bilməzlər.

ABŞ Silahlı Qüvvələrində 10,000-dən çox mühacir xüsusi proqram çərçivəsində xidmət göstərir.

Orduya yazılmaq hüququ olan şəxslər silahlı qüvvələrə daxil olmaqdan öncə ABŞ-da qanuni statusa - məsələn vizalı tələbə statusuna malik olmalıdırlar. Xüsusi proqram çərçivəsində 2016-cı ildə orduya 5,000 mühacir cəlb olunub. Hazırda ABŞ Silahlı Qüvvələrində 10,000 mühacirin hərbi qulluqda olduqları güman edilir.

Mühacirlərin əksər kəsimi quru qoşunlarında, cüzi sayda digərləri isə qüvvələrin başqa bölmələrində xidmət göstərirlər.