ABŞ Hərbi Hava Qüvvələri Əfqanıstanda İslam Dövləti qrupunun 4 terrorçusunu öldürüb

ABŞ-ın Əfqanıstandakı hərbi rəsmiləri hava hücumu nəticəsində Əfqanıstanın şərqində İslam Dövləti qrupunun ən azı dörd terrorçusunu öldürdüyünü bildirib.

ABŞ hərbi qüvvələrinin sözçüsü Tvitterdən bildirib ki, hücum Pakistanla həmsərhəd olan Kunar vilayətində İslam Dövləti qrupunun bazalarının yerləşdiyi əraziləri hədəf alıb.

"Zorakılığı azaltmaq üçün ABŞ-Əfqanıstan-Taliban razılaşmasına hörmət edərkən Əfqanıstanda gizlənən İŞİD terrorçularını məhv etməyə davam edirik" - deyə, polkovnik Sonny Leggett bildirib.

Yeddigünlük ümummilli "zorakılığın azaldılması" sazişi şənbə günü ABŞ-la Taliban arasında sülh müqaviləsini bağlamağı hədəfləyib. Bu müqavilə ABŞ-ın ən uzun müharibəsi olan 18 illik Əfqanıstan müharibəsinə son qoymalıdır.

ABŞ prezidenti Donald Tramp Hindistana getməzdən əvvəl ona ünvanlanan sazişlə əlaqəli suala cavab olaraq bildirib: “Bir həftədən az bir müddətdə hər şey yolunda getsə, mən öz adımı sazişin üzərinə yazacam. Vətənə qayıtmaq vaxtıdır.”