ABŞ hökuməti Snoudeni yeni kitabına görə məhkəməyə verir

Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş işçisi Edvard Snoudeni yeni kitabını nəşr etməzdən əvvəl məlumatın yayılmamasına dair razılığın pozulması iddiası ilə məhkəməyə verib. Snoudenin kitabı çərşənbə axşamı günü işıq üzü görüb.

ABŞ-ın Ədliyyə Nazirliyi Snoudeni kitabın son variantını CIA və NSA-yə təqdim etməməkdə ittiham edir.

Ədliyyə Nazirliyi hökumətin kitabın nəşri və bu kimi kitabların satışını dayandıra bilməməsi, lakin Snoudenin kitabın satışından əldə etdiyi bütün gəlirləri götürə bilməsi haqda qərar çıxarıb. Kitabın nəşr edildiyi Macmillan nəşriyyat evi də məhkəmə işində qeyd edilib.

SEE ALSO: Snouden Fransada sığınacaq almaq üçün Makrona müraciət edib

Snouden məhkəmə işinə Twitter səhifəsində silsilə şərhlərlə cavab verib. “Mən həm CIA, həm də NSA tərəfindən oxunması olduqca təhlükəli hesab edilən başqa bir kitab gördüyümə əmin deyiləm”, Snouden tvitlərin birində yazıb.

Snouden ABŞ hökumətinin izləmə proqramının və digər kəşfiyyat fəaliyyətlərinin detalları ilə bağlı gizli sənədləri ictimaiyyətə sızdırandan sonra 2013-cü ildə Rusiyaya qaçıb.

Edvard Snoudenə qarşı ABŞ-da casusluq ittihamları irəli sürülüb. O, Birləşmiş Ştatlarda onun ifadəsi ilə ədalətli mühakimə olunsa, ölkəyə qayıda biləcəyini bildirib.