ABŞ hökuməti ilə İran arasında gərginlik iranlı amerikalıların narahatlığına səbəb olub

Your browser doesn’t support HTML5

1979-cü ildə İran tələbələri Birləşmiş Ştatların Tehrandakı səfirliyinə hücum edərək, 52 amerikalı dilomatı və vətəndaşı girov götürüb 444 gün saxladıqdan sonra ABŞ və İran arasında münasibətlər pozuldu. Bu yaxınlarda Birləşmiş Ştatların İranın yüksək rütbəli generalını İraqda öldürməsindən sonra münasibətlər daha da gərginləşdi. Bu hadisə gərgin münasibətlərə görə ABŞ-da özlərini onsuz da həssas vəziyyətdə hiss edən  bir çox iranlı amerikalı arasında narahatlıqların artmasına gətirib çıxarıb.