ABŞ və Gürcüstan təhlükəsizlik əməkdaşlığının inkişafına dair razılaşma imzalayıb 

Rusiyanın "sabitliyi pozan hərəkətlərinə" görə müttəfiq və tərəfdaş dövlətlərin dəstəyini göstərmək məqsədi ilə Qara dəniz bölgəsinin üç ölkəsinə səfərə başlayan ABŞ-ın müdafiə naziri Lloyd Ostin gürcüstanlı həmkarı ilə iki ölkə arasında təhlükəsizlik əməkdaşlığının inkişafına dair razılaşma imzalayıb.

Oktyabrın 18-də Tiflisdə keçirilən mərasim zamanı Ostin və Gürcüstanın müdafiə naziri Canşir Burçuladze Gürcüstanın Müdafiəsi və Anlaşmanın Gücləndirilməsinə dair Memorandum imzalayıb. Pentaqonun rəhbəri bunun "ikitərəfli təhlükəsizlik əməkdaşlığının yeni bir mərhələsi və ABŞ-ın Gürcüstanı dəstəkləmək öhdəliyinin nümayişi olduğunu” deyib.

Rusiyanı hiddətləndirəcək Memorandumla bağlı heç bir təfərrüat verilməsə də, Burçuladze bunun "çox əhəmiyyətli bir sənəd" olduğunu deyib və bu sənədin ABŞ-la müdafiə sahəsində əməkdaşlığın yeni bir səviyyəyə qaldıracağını bildirib.

2014-cü ildən bəri Pentaqona rəhbərlik edən Ostin bu gün səhər Tbilisinin Beynəlxalq Hava Limanına enib.

ABŞ-ın müdafiə naziri oktyabrın 21-i və 22-si Brüsseldə keçiriləcək NATO müdafiə nazirlərinin toplantısına getməzdən əvvəl Ukrayna və Rumıniyaya da səfər edəcək.

Ostinin səfəri ərəfəsində Pentaqon açıqlamasında ABŞ-ın Rusiyanın Qara dəniz bölgəsindəki sabitliyi pozan hərəkətləri qarşısında Avropa müttəfiqlərini və tərəfdaşlarını dəstəklədiyini ifadə edib və müdafiə nazirinin həmkarları ilə görüşü səbirsizliklə gözlədiyini deyib.

NATO -nun tamhüquqlu üzvü olmaq istəyən Gürcüstan rəhbərliyi ABŞ-ın bu yüksək səviyyəli rəsmisinin Tbilisiyə səfərini çoxdan gözləyirdi. Moskva Gürcüstanın bu istəyinə qəti şəkildə qarşı çıxır.

Gürcüstan hazırda Qərb alyansına tərəfdaş dövlətdir.

2008 -ci ildə Rusiya və Gürcüstan arasındakı qısa müharibədən sonra Rusiya qoşunları Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində qalıb. Moskva Gürcüstanın NATO-da statusunu artırmaq cəhdlərinə qarşıdır.