ABŞ prezidenti Donald Tramp Efiopiyada baş verən və 157 nəfərin həlak olduğu qəzadan sonra ABŞ-ın Boeing 737 MAX təyyarələrinin uçuşlarının dayandırdığını bildirib.
Donald Tramp bildirib ki, ABŞ bu qərarı Kanada və digər ölkələrlə koordinasiya edərək qəbul edib.
Boeing şirkəti rəsmi internet saytında 737 MAX-ın təhlükəsizliyinə olan inamına baxmayaraq, ABŞ səlahiyyətlilərinin qadağasını dəstəkləyən bəyanat yayımlayıb.
Kanadanın nəqliyyat naziri jurnalistlərə bildirib ki, qadağa Boeing 737 MAX-in ölkə ərazisində qalxması və enməsinə, həmçinin Kanada hava məkanında bu tip təyyarələrin uçuşlarına aiddir.
Daha əvvəl Boeing 737 MAX uçuşlarında qadağa və ya məhdudiyyətləri aşağıdakı şirkətlər qoyub:
- Meksika aviaşirkəti - Aero Meksika
- Avstraliya Mülki Aviasiya Təhlükəsizliyi Agentliyi
- Bermuda Mülki Aviasiya Təşkilatı
- Braziliya aviaşirkəti - Gol
- Cayman Airways aviaşirkəti
- Çin Mülki Aviasiya İdarəsi
- Cənubi Afrika şirkəti - Comair
- Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi
- Efiopiya hava yolu şirkəti Efiopiya Hava yolları
- Yeni Zelandiya Mülki Aviasiya Təşkilatı
- Fici Mülki Aviasiya Təşkilatı
- Honq-Konqun Mülki Aviasiya Şöbəsi
- Hindistan Mülki Aviasiya Nazirliyi
- İraq Mülki Aviasiya Təşkilatı
- Qazaxıstanın Mülki Aviasiya Komitəsi
- Küveyt Mülki Aviasiya İdarəsi
- Makao Mülki Aviasiya İdarəsi
- Monqolustan aviaşirkəti MIAT
- Nigeriya Aviasiya Nazirliyi
- Norwegian Air - Norveç loukoster aviaşirkəti
- Rusiya aviaşirkəti S7.