ABŞ Dövlət Katibinin köməkçisinin müavini Azərbaycana səfər edib

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Sandra Oudkirk

Amerika Birləşmiş Ştatlarının Dövlət Katibinin Enerji Məsələləri üzrə köməkçisinin müavini Sandra Oudkirk Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında iştirak etmək və həmçinin yüksək səviyyəli dövlət rəsmiləri ilə görüşlər keçirmək üçün Azərbaycana səfər edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin mətbuat üçün açıqlamasında deyilir ki, xanım Oudkirk keçirilən toplantını Cənub Qaz Dəhlizinin başa çatdırılması istiqamətində əldə olunan irəliləyişin vurğulanması üçün bir fürsət oduğunu deyib və sözügedən vacib layihə vasitəsilə 2020-ci ildə ilk qazın İtaliya və Yunanıstana çatdırılmasına dair gözləntilərini paylaşıb.

Dövlət Katibinin köməkçisinin müavini xatırladıb ki, Cənub Qaz Dəhlizi layihəsinə dair ilk təkliflər edilən zaman Birləşmş Ştatlar sözügedən layihənin həm Xəzər bölgəsinə daha çox iqtisadı mənfəət gətirməsi üçün, həm də Avropanın enerji təchizatının diversifikasiyasında oynadığı vacib rolu dərk edirdi.

Xanım Oudkirk prezident İlham Əliyev, Dövlət Neft Şirkəti SOCAR-ın vitse prezidenti Elşad Nəsirov, energetika naziri Pərviz Şahbazov, həmçinin Cənub Qaz Dəhlizi və TAP layihələrinin inşası və istismarında iştirak edən dövlətlərin nümayəndələri ilə görüşlər keçirib.