ABŞ-da qeyri-mövsümi tornadolar tələfatlar və böyük dağıntılara səbəb olub

Birləşmiş Ştatlarda cümə günü cənubi və orta-qərbi ştatlarda baş verən qeyri-mövsümi tornadolar nəticəsində onlarla insan həyatını itirib. Adətən yaz aylarında rast gəlin bu hava şəraiti nəticəsində çox sayda bina dağılıb. Rəsmilər tərəfatların artacağını təxmin edirlər.

Kentakki ştatının qubernatoru şənbə günü deyib ki, orada 70-100 nəfərin öldüyü güman edilir.

Kentakki ştatının Meyfild şəhərində bir şam fabriki dağılıb. Fabrikin dağıntıları altından qırx nəfər çıxarılıb. Kentakki qubernatoru Andi Beşer deyib ki, fabrikin dağıntıları altında sağ qalanların çıxarılması “möcüzə olar.”

Şəhərin yanğınsöndürmə idarəsinin rəisi deyib ki, “Biz zaman-zaman sağ qalan insanları xilas etmək üçün cəsədlərin üzərindən keçməli olurduq.”

“Bu, ştatımızın tarixində ən dağıdıcı tornadodur,” Beşer mətbuat konfransı zamanı bildirib.

Illinoy ştatının qubernatoru C.B. Pritzker şənbə günü deyib ki, tornadonun Amazon şirkətinin anbarını dağıtması nəticəsində altı nəfər ölüb. Hadisə növbə dəyişikliyi zaman baş verdiyi üçün, rəsmilər itkin düşənlərin olub-olmadığını bilmir.

“Bu, Amazon ailəsi üçün dəhşətli faciədir və bizim məqsədimiz işçilərimiz və tərəfdaşlarımızı dəstəkləməkdir,” Amazon-un sözçüsü Riçard Roşa yazılı açıqlamada bildirib.

ABŞ Prezidenti Co Bayden tornadonun vurduğu beş ştatın, Arkanzas, İllinoys, Kentakki, Missuri və Tennessinin qubernatorları ilə telefonla danışıb. Bayden Kentakki üçün fövqəladə vəziyyətin elan edilməsinə icazə verib, ki, bu da ştata federal yardımın edilməsinə imkan yaradır.

Bayden şənbə günü atdığı tvitdə bildirib ki, o, vəziyyətlə bağlı məlumatlandırılıb və deyib ki, administrasiyası “ştatların sağ qalanların axtarışı və dağıntıların dəyərləndiriməsi üçün lazım olan resurslarla təmin edildiyindən əmin olmaq üçün qubernatorla işləyir.”

Şənbə gücəyə olan məlumata görə, beş ştatda azı 36 nəfərin öldüyü təsdiq olunub. Onlardan 22 Kentakki, altısı İllinoysda Amazon anbarında, dördü Tennessidə, ikisi Arkanzasda, ikisi də Missuridə həyatını itirib.

İlkin məlumatla görə, tornado Kentakki üzərində 320 kilometr boyu hərəkət edib. Lakin Şimali İllnoys Universitetinin ekstremal hava şəraiti üzrə tədqiqatçısı Viktor Genzini tornadonun quru üzərində təxminən 400 kilometr hərəkət etdiyini güman edir.