ABŞ-da iyul ayı ərzində 943 min yeni iş yeri açılıb

ABŞ-dakı şirkətlər iyul ayı ərzində 943000 yeni iş yeri açıb. Bu barədə Əmək Nazirliyi cümə günü məlumat verib. Beləliklə də rəqəmlər analitiklərin gözləntilərindən daha çox olub. Bu, COVID-19 pandemiyasından qaynaqlanan ciddi iqtisadi itkilərdən xilas olmağa ümidləri artırıb.

İyul ayı ərzində ABŞ-da işsilik 5,4 faiz azalmışdı. Ondan əvvəlki ay isə bu rəqəm 5,9 faiz idi.

Koronavirus peyvəndinin tətbiqi pandemiya başladıqdan sonra aylar ərzində bağlanmaq məcburiyyətində qalan restoran və digər müəssisələrin yenidən fəaliyyət göstərməyə təşviq edib.

Bunula birlikdə cümə axşamı nazirlik 385 min nəfərin işsilik müvavinəti üçün müraciət etdiyini bildirib. Bu isə ötən həftəki rəqəmlərdən 14 min daha azdır.

ABŞ bir həftə əvvəl aprel-iyul aylarında ölkə iqtisadiyyatının 6,5 faiz böyüdüyünü bildirib. Bu, ilin ilk üç ayına nisbətən daha sürətli inkişaf tempidir.

Hazırda ABŞ iqtisadiyyatı 23 trillion dollar dəyərindədir.

Lakin hazırda koronavirusun delta versiyasının ölkədə artması bəzi bölgələrdə işgüzar aktivliyin pozulmasına səbəb olub. Nəticədə analitiklər iqtisadi inkişafın qarşıdakı aylarda zəifləyə biləcəyini proqnozlaşdırır.

Aprel ayından bəri işsizlik müavinəti üçün müraciətlər 40 faiz azalmışdı. Hazırda ölkədə 9,2 milyon insan işsiz sayılır. Lakin hökümət işsizlərin bacarıqlarının işəgötürənlərin ehtiyaclarına uyğun gəlməməsi səbəbindən 9,2 milyon iş yerinin boş qaldığını da bildirir.

Bəzi şirkətlə iqtisadiyyat yenidən dirçəldikcə və istehlakçılar daha çox pul xərcləməyə hazır olduqları üçün yeni işə götürülən işçilərə pul mükafatları təklif edir.