ABŞ Camal Xaşuqçinin qətli ilə əlaqədar gizli kəşfiyyat hesabatı yayımlayacaq

İnsanlar Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun yanında, qətlə yetirilən səudiyyəli jurnalist Camal Xaşuqçinin ölümünün ikinci il dönümü zamanı plakatlar tutur. 2 Oktyabr 2020-ci il.

ABŞ-ın cümə günü jurnalist Camal Xaşuqçinin amansızca qətlinə görə Səudiyə Ərəbistanını vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın məsuliyyət daşıması ilə əlaqədar gizli kəşfiyyat hesabatı yayacağı gözlənilir. Camal Xaşuqçi ABŞ-da yaşamaq hüququna malik olub və övladları da ABŞ vətəndaşıdır.

The Washington Post qəzetinin köşə yazarı olan Xaşuqçi 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna cəlb olunaraq Şahzadə Məhəmməd bin Salmanla əlaqəsi olan əməliyyatçılar tərəfindən öldürülüb.

Qətlindən sonra jurnalistin cəsədi parçalara bölünüb, qalıqları isə heç vaxt üzə çıxmayıb. Rəsmi Riyad nəhayət Xaşuqçinin səhvən öldürüldüyünü etiraf etsə də, bunun şahzadə ilə əlaqəsinin olmadığını bildirib.

2018-ci ildən bəri mediada şahzadə Məhəmməd bin Salmanın Xaşuqçinin qətlindəki roluna böyük diqqət ayrılıb.

ABŞ prezidenti Co Bayden cümə axşamı Səudiyyə Ərəbistanının Kralı Salman ilə telefon söhbəti edib. Ağ Evdən verilən məlumata görə, danışıq zamanı "Yəməndəki müharibəni bitirmək üçün BMT və ABŞ-ın rəhbərlik etdiyi yenilənmiş diplomatik səylər daxil olmaqla regional təhlükəsizlik, eləcə də ABŞ-ın Səudiyyə Ərəbistanına İranla əlaqəli qruplar tərəfindən hücumlarla üzləşdiyi bir vaxt ərazilərini qorumasına kömək etmək öhdəliyi" müzakirə olunub.

Ağ Evin yaydığı telefon danışığının xülasəsində bu yaxınlarda sərbəst buraxılan bir neçə səudiyyəli- amerikalı fəal və Səudiyyə qadın hüquqları müdafiəçisi Loujain ıl-Hatlul və bunun ABŞ-ın beynəlxalq insan hüquqları və qanunun aliliyinə verdiyi əhəmiyyət müzakirə olunub. Lakin orada Xaşuqçi ilə bağlı hesabatla bağlı məlumat yer almayıb. .

Tramp administrasiyası Ağ Evin Səudiyyə Ərəbistanının regional rəqibi İranla ABŞ-ın artan gərginliyi fonunda krallığa silah satışına və Riyadla ittifaqa üstünlük verməsindən dolayı hesabatın məxfi versiyasının yayımlanması tələbləri rədd edib.