ABŞ BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinə maddi yardımı kəsəndən sonra idarə bir çox problemlə üzləşəcək

Your browser doesn’t support HTML5

Birləşmiş Ştatlar BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə maddi yardımı kəsdiyini elan edəndən sonra fələstinli qaçqınlar gələcəklərindən narahatdır. Tramp administrasiyası qurumu problemləri həll etmədən onların yardımından faydalanan insanların sayını artırmaqda günahlandırır. İdarə isə qaçqın böhranını uzatdığına dair ittihamları rədd edir və İsrail-Fələstin probleminə dinc həll yolu tapa bilmədiklərinə görə beynəxalq ictimaiyyəti qınayır.