ABŞ 80 milyon dozadan çox peyvənd paylayacaq

Bayden administrasiyası iyun ayının sonuna qədər 80 milyondan artıq dozada COVID-19 peyvəndi paylaşacağını açıqlayıb. İlkin olaraq 25 milyon dozanın ehtiyac duyulan bölgələr üzrə bölüşdürülməsi planlaşdırılır.

Çoxdan gözlənilən açıqlamaya əsasən, dozaların əhəmiyyətli hissəsi - 19 milyonu BMT-nin aşağı və orta gəlirli ölkələr və bölgələri peyvəndlə təmin edən COVAX mexanizmi vasitəsilə paylanacaq.

Altı milyon doza isə Misir, Gürcüstan, İraq, İordaniya və Yəmən ilə yanaşı, Kanada, Haiti, Kosovo, Meksika, Koreya Respublikası, Ukrayna, Qərbi Şəriyə və Qəzza da daxil olmaqla, regional prioritetlər və tərəfdaş ölkələrdəki ön cəbhə işçilərinə göndəriləcək.

COVAX vasitəsi ilə paylaşılacaq 19 milyon dozanın təxminən 6 milyonu Qərb Yarımkürəsindəki bir sıra ölkələr üçün nəzərdə tutulub.

Bu ölkələrə Argentina, Boliviya, Braziliya, Kolumbiya, Ekvador, Cənubi Amerikadakı Paraqvay və Peru, eləcə də Mərkəzi Amerika ölkələri - Kosta Rika, El Salvador, Qvatemala, Honduras və Panama daxildir.
Bundan əlavə Haiti və digər Karib Birliyi ölkəri də vaksin alacaq ölkələr sırasındadır.

Təxminən 7 milyon doza isə Əfqanıstan, Banqladeş, Hindistan, İndoneziya, Laos, Malayziya, Maldivlər, Nepal, Sakit okean adaları, Papua Yeni Qvineya, Pakistan, Filippinlər, Şri Lanka, Tayvan, Tayland və Vyetnam daxil olmaqla, Asiyaya ölkələrinə göndəriləcək.

Beş milyon peyvənd dozası isə Afrika Birliyi ilə koordinasiya edilərək, Afrika ölkələrinə paylanacaq.

Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan jurnalistlərə verdiyi açıqlamada deyib ki, administrasiya vaksinlər hazır olduqca tədarük etməyə davam edəcək.

"Bu, doğru olanı etməkdir" deyən Sallivan bildirib ki, "Prezidentin də dediyi kimi Amerika Birləşmiş Ştatları vaksinlərini digər ölkələr üzərində üstünlük əldə etmək üçün istifadə etməyəcək."

Bayden administrasiyası ABŞ-ın vaksin istesalının 13 faizinin (80 milyon doza) əhəmiyyətli hissəsini COVAX vasitəsi ilə Latın Amerikası və Karib dənizi, Cənubi və Cənub-Şərqi Asiya, Afrikaya paylamağı öz üzərinə götürüb.

Dozaların yerdə qalanı isə yoluxmaların artdığı yerlərə birbaşa yönəldiləcək, eləcə də ABŞ-dan təcili kömək istəyən ölkələrə göndəriləcək.

Sallivan ABŞ-ın COVAX vasitəsi ilə paylanan dozalarının haraya göndərilməsini təyin etmək səlahiyyətinə sahib olduğunu da bildirib. "Lakin COVAX-ın formuluna uyğun olaraq COVAX ilə ortaq şəkildə çox yaxın bir məsləhətləşmə ediləcək və COVAX-ın lojistik tutumu və çatdırılma qabiliyyətindən istifadə edərək bu dozaların həqiqətən insanların həyatını xilas etməyə kömək etməsi üçün tətbiq olunması təmin ediləcək".

Birləşmiş Millətlər bir sözçüsü Stefan Dujarrik bu addımı alqışlarayaraq bildirib ki, "Zəngin, inkişaf etmiş ölkələrin COVAX ilə mümkün qədər çox paylaşması olduqca vacibdir."

"Baş katibin də qeyd etdiyi kimi hamımız sağlam olana qədər heç birimiz təhlükəsiz olmayacağıq, bu da o deməkdir ki, peyvəndlər hər yerdə hər kəsə əl çatan olmalıdır” - deyə, Dujarrik BMT Baş katibi Antonio Quterreşə istinadən bildirib.