2001-ci il 11 sentyabr hadisələrindən sonra rəsmilər ABŞ-da yaşayan müsəlmanların radikallaşacaqlarından və terrorizmə cəlb olunacaqlarından narahat idilər. Bu yaxınlarda, İslam Dövləti kimi tanınan qrup tərəfdarlarını ABŞ hərbi qulluqçularından ibarət hədəf siyahısındakı insanları öldürməyə çağırıb. Buna baxmayaraq, Şimali Karolinada bir neçə universitetin apardığı tədqiqatda amerikalı müsəlmanların bu cür çağırışlardan təsirlənmədiyi aşkar olunub.
11 sentyabr hadisələrindən sonra Birləşmiş Ştatlarda 250 min cinayət işlənib
Amerikalı müsəlman kimi böyüyən Salli Ayad Yaxın Şərqdəki siyasi problemlərdən təsirlənməyib.
“Biz böyüyəndə xaricdə baş verən hadisələr, xəbərlərlə maraqlanmırdıq və bizdən bu hadisələri qınayıb və ya haqq qazandırmağımızı istəmirdilər.
Şimali Karolinanın Raley şəhərində yerləşən məsciddə və ölkənin digər hissələrindəki müsəlmanlar üçün də bu belə olub.
Lakin hazırda çoxu başqalarının onları potensial terrorçu kimi qiymətləndirdiklərini düşünür.
2001-ci ildə baş verən terror hücumlarından sonra diqqət Amerika müsəlmanlarına yönəlib. Lakin nüfuzlu bir tədqiqat bu diqqətin lüzumsuz olduğunu göstərir.
Tədqiqatçı Çarlz Kurzman bu zaman ərzində siyasi zorakılıq törədən və ya bunu etməyi planlaşdıran müsəlmanların sayını hesablayıb.
“Biz terrorizmlə məşğul olan və ya terrorizm səbəbindən həbs olunan 250-ə yaxın insanı müəyyən etmişik".
250 nəfər çox görsənsə də, bu rəqəm ölkədə yaşayan 3 milyonlıq müsəlman əhalinin çox cuzi bir qismidir.
Siyahıya Boston marafonu terrorundan Cövhər Tsarnayev, Fort Hood hərbi bazasındakı silahlı hücumu həyata keçirən Nidal Həsən və Suriyadakı yaraqlılara qoşulmağa çalışan Somali amerikalısı Əbdülrəhman Məhəmməd daxildir.
Amerikalı müsəlmanlar tərəfindən həyata keçirilən terror hücumları zamanı ölənlərin sayı 50 nəfərdir. Kurzman bu rəqəmin digər statistikalarla müqayisədə az olduğunu deyir.
“11 sentyabr hadisələrindən sonra Birləşmiş Ştatlarda 250 min cinayət işlənib”.
Eyni zamanda terror təhlükəsinə ayrılan diqqətə görə avtoqəzalar və odlu silahların mövcudluğu kimi ictimai təhlükəsizlik məsələlərinə daha az diqqət yetirilir.
“Terrorizmə görə heç bir din məsuliyyət daşımır. Terrorizm və zorakılığa görə məsuliyyət daşıyan sadəcə insanlardır”, deyə cənab Obama bildirib.
Terrorizmə görə heç bir din məsuliyyət daşımır. Terrorizm və zorakılığa görə məsuliyyət daşıyan sadəcə insanlardırBarak Obama
Prezident Barak Obama bu yaxınlarda keçirilən “Zorakı ekstermizmə qarşı mübarizə” adlı sammitdə radikallaşma barədə danışıb.
Lakin ölkə daxili terrorizm eksperti Deyvid Şanzer deyir ki, sammitdə həm ölkədaxili, həm də xarici təhlükə müzakirə olunmamalıydı.
“Bunları bir araya gətirərək biz bu iki təhlükəni birləşdiririk və amerikalılarda elə hiss yaranır ki, xaricdə baş verən dəhşətli hadisələrlə Birləşmiş Ştalarda terrorizmlə məşğul olan insanların həcmi eynidir. Amma bu belə deyil”.
Polis hələ də fevral ayında Şimali Karolinada üç müsəlman tələbənin qətlinin dini ayrıseçkilik zəmində olub-olmadığını araşdırır. Hər bir halda, 11 sentyabr hadisələrindən bəri bir çox müsəlman özünü təzyiq altında hiss edirlər.