ABŞ-ın Yaxın Şərq diplomatiyası [Təhlil]

Fələstin və İsrailin bir-birinə qisas hücumları etməsi ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında hər hansı bir irəliləyişin olacağını şübhə altına salıb. Fələstinlilər Fələstin dövlətinin yaranması üçün BMT-yə təqdim etdikləri qətnamə uğur qazanmayıb. Daha sonra onlar İsraili müharibə cinayətlərində ittiham etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü təqdib ediblər. Bundan sonra İsrail Fələstin Hakimiyyətinə aylıq vergi gəlirlərini dayandırıb. Təhlilçilər ABŞ-ın vasitəçilik strategiyasını dəyişdirməsinin gərəkdiyini bildirirlər.

Nə qədər çətin olsa da, məsul olan hər bir tərəf gərginliyi azaltmaq, zorakılığı rədd etmək və irəliyə doğru bir yol tapmaq üçün bir-birləri ilə konstruktiv və qarşılıqlı əməkdaşlıq çərçivəsində işləməlidir
Cen Psaki

Fələstinlilər Beynəlxalq Cinayət Məhkəməsindən dəstək gözləyirlər. İsrail sonrakını addımını düşünür. ABŞ isə belə bir halda irələliyiş əldə etməyin tək yolunun konstruktiv öhdəlik olduğunu bildirir.

Dövlət Departamentinin sözçüsü Cen Psaki:

“Nə qədər çətin olsa da, məsul olan hər bir tərəf gərginliyi azaltmaq, zorakılığı rədd etmək və irəliyə doğru bir yol tapmaq üçün bir-birləri ilə konstruktiv və qarşılıqlı əməkdaşlıq çərçivəsində işləməlidir.”

Xanım Psaki bildirir ki, Dövlət Katibi Con Kerri ortaq məxrəc tapmaq üçün hər iki tərəflə danışıqlar aparır.

Lakin Yaxın Şərq analitiki Aron Deyvid Miller ABŞ-ın diplomatik səylərinin maneə ilə üzləşəcəyini bildirir.

“Bu məsələ çox qəlizdir, və münaqişədə çox nadir hallarda irəliləyiş olub. İndi də əsas mövzu İsrail-Fələstin münaqişəsinin mərkəzi olan Qüds şəhəri və qaçqınlar problemidir.”

Miller hər üç tərəfin rəhbərliyinin problemin bir hissəsi olduğunu qeyd edir.

“Nə İsrail baş nazirinin, nə Fələstin prezidentinin, nə də ABŞ prezidentinin lazımi qərarlar qəbul etmək üçün gücləri və ya bacarıqları yoxdur. Yaxud onlar hələ öz bacarıqlarını göstərməyiblər.”

Cənab Millerin sözlərinə görə Obama administrasiyası daha çox İslam Dövlətinin yaranması və İranla nüvə danışıqları kimi regiondakı digər problemlərlə məşğuldur. Ancaq təhlilçi Maykl Rubio ABŞ-ın İsrail və Fələstinlə bağlı strategiyasını dəyişməyə ehtiyac olmadığını bildirir.

“ABŞ öz qərarından dönməməlidir və hər iki tərəfin razılaşdığı müqavilələri yerinə yetirmələrini təkid etməlidir.”

Cənab Rubio həmçinin bildirir ki, hər iki ölkəyə beynəlxalq yardımın dayandırılması onları yenə də razılığa doğru apara bilər.

ABŞ öz qərarından dönməməlidir və hər iki tərəfin razılaşdığı müqavilələri yerinə yetirmələrini təkid etməlidir

“Beynəlxalq yardım sonsuz olduğu üçün və ölkə müharibə başlatmaq qərarı verdikdən sonra da bu yardım dayanmırsa, onda mürahibəyə getmək çox asanlaşır.”

Dövlət Departamenti rəsmiləri İsrail və Fələstinin gələcək addımları ilə bağlı qərar verməli olduqlarını, lakin ABŞ-ın uzun müddətdir davam bu münaqişənin yeganə həllini dialoqda gördüyünü bildirir.